Ukrayna məhkəməsi prezidentin səlahiyyətlərini artırıb

Ukrayna məhkəməsi prezidentin səlahiyyətlərini artırıb

Ukraynanın Konstitusiya Məhkəməsi ölkədə prezidentə parlamentdən daha çox səlahyyət verərək, prezident Viktor Yanukoviçin ölkəyə nəzarətini gücləndirib. Məhkəmə bu gün 2004-cü ildə partlamentin səlahiyyətlərinin artırılmasına dair qərarı ləğv edib. Məhkəmə bildirib ki, hökumət bu dəyişiklikləri qəbul edərkən konstitusiya prosedurlarını pozub. 2004-cü ildə qəbul edilmiş dəyişikliklər qanunvericilərə baş nazir və digər rəsmiləri təyin etməsi kimi səlahiyyət vermişdi. İndi bu səlahiyyət yenidən prezidentə verilir. Müxalifət lideri Yuliya Timoşenko bildirib ki, bu gün Ukraynada demokratiyanın süqutu kimi yadda qalacaq. Prezident Yanukoviçin bu ilin əvvəli hakimiyyətə gəlməsindən sonra müttəfiqləri 2004-cü ildə Narıncı İnqilibı nəticəsində prezidentin itirdiyi səlahiyyətləri bərpa etmək üçü ona təzyiq göstərirlər.