Ukrayna parlamentində rus dilinin müzakirəsi zamanı qalmaqal baş verib

  • Amerikanın səsi

Ukrayna parlamentində müxalif qanunvericilərin dil haqda qanunun müzakirəsi zamanı spikerin podiuma çıxmasına mane olması nəticəsində yaranmış davaya görə Radanın işi pozulub.

Spikeri Volodimir Litvin insidentin parlamentdə birgə iş aparmağın mümkün olmadığını göstərdiyini deyərək, onun buraxılmasına və erkən seçkilərin keçirilməsinə çağırıb. Lakin ölkədə partlament seçkilərinin oktyabr ayında keçirilməsi planlaşdırıldığına görə bu fikir qanunvericilər tərəfindən qəbul edilməyib.

Prezident Viktor Vanukoviçin tərəfdarı olan qanunvericilərlə müxalifəti təmsil edən parlament üzvləri arasında Ukraynada rus dilli əhalinin yaşadığı şərq bölgələrindən rus dilinin rəsmiləşdirilməsi məsələsi ilə bağlı dava yaranıb.

Prezident Yanukoviç rus dilinin rəsmi dil elan edilməsinə dəstək verir, lakin Qərb tərəfdarı olan müxalif qanuvericilər bunun Ukraynanın Rusiyadan müstəqilliyi qarşısında təhlükə yarada biləcəyini bildirir.