Müxbirin Notbuku - Ukrayna

Your browser doesn’t support HTML5

Müxbirin notbuku - Ukrayna

Mart ayında şiddətli döyüşlər nəticəsində İzyum şəhərinin 85 faizi dağıldıqdan sonra Ukraynanın Xarkiv vilayətindəki bu şəhər Rusiya qüvvələri tərəfindən işğal edilib və hazırda Rusiya ordusunun əsas komanda məntəqəsidir. Onun sakinlərinin çoxu düşmən xəttinin arxasında qalıb və çox az sayda insan qaçmağa nail olub. Bunu edənlərdən biri Amerikanın Səsinin Kyiv müxbiri Anna Çernikovanın 88 yaşlı babasıdır.

Ukraynanın Xarkiv və Donetsk vilayətlərinin kəsişməsində yerləşən İzyum Rusiya üçün Donbasa nəzarət etmək üçün apardığı mübarizədə strateji uğurdur.

45 min əhalisi olan bu şəhərin sakinləri üçün isə bu, qaçmaq mümkün olmayan bir cəhənnəmdir.

88 yaşlı Petro Borodenko işğalın kabusunu 117 gün ürək dərmanı, elektrik enerjisi və su olmadan yaşayıb. Evinin çox hissəsi dağıdıldığı üçün o, İkinci Dünya Müharibəsi zamanı uku nənə və babamın sığınacaq kimi istifadə etdiyi zirzəmidə yaşayıb.

İndi Kyivdə ailəsi ilə nisbətən təhlükəsizlikdə yaşayan babam hələ də yorğun və şok vəziyyətində olsa da, sağ qaldığına görə sevinir. Könüllülər və Ukrayna ordusunun köməyi ilə biz onu İzyumdan çıxara bildik. O, yeməksiz maşınlarda, avtobuslarda mənəvi və fiziki baxımdan ağır iki gün keçirərək, onu qoca və zəif adlandırıb aşağılayaraq, Rusiyaya göndərməyə çalışan rusiyalı əsgərlərin yanından keçdi. O, dağılmış bəndin üstündən uzun məsafəni ayaqla qət etməli oldu.

Dağıntılarla bağlı xatirələr onu təqib edir. “Yadımdadır ki, raketlər atılırdı və raketlərdən biri mənim qarajıma düşdü. Qonşunun evi yanırdı. Qarşıdakı ev də yanmışdı. Qonşunun qarajı dağıdılmışdı. Mən bunların hamısını gördüm. Çox qorxulu idi”.

İnsanların çoxunun həyatı 88 yaşına çatdıqda demək olar ki, qaydasında olur. Amma bu yaşda babamın həyatında kəskin dönüş oldu. O həmin anı heç vaxt unutmayacaq.

“Əksəriyyəti bombanın yaşayış binasındakı sığınacağa dəydiyi vaxt öldü. 260 nəfər dərhal öldü. Bomba birbaşa oraya düşdü. Heç kim qaça bilmədi” - deyə, o bildirir.

Onun həyatında müharibənin kölgəsi hökm sürür. Sovet İttifaqı İkinci Dünya Müharibəsinə başlayanda onun yeddi yaşı vardı və burada müharibə onu yenidən əhatə edir.

Ona qalan yalnız bu kiçik çanta və şəkildir. Əsas xəzinəni isə o, qəlbində və xatirələrində saxlayır. “Həyatımın dağılması çox ağrılıdır. İstərdim ki, müharibə olmasın, azad həyat yaşansın”.

Kyivdə o, yavaş-yavaş sağalır, ailəsi ilə vaxt keçirir. O hələ də sülh arzusundadır, evə gedib rəhmətlik nənəmin - həyat yoldaşının və rəhmətlik əmimin, onun kiçik oğlunun yanında dəfn olunmaq, bir daha müharibəni yaşamamaq arzusundadır.