Zelenski: "Ukraynanın Aİ-yə tam namizəd olmağa ehtiyacı var, kompromisə" deyil

Ukrayna Prezidenti Volodimir Zelenski. 12 mart, 2022.

Prezident Volodimir Zelenski şənbə günü bildirib ki, Ukrayna Fransanın təklif etdiyi daha geniş “Avropa siyasi icması”na qoşulmaq əvəzinə Avropa İttifaqına üzv olmaq üçün tam namizəd olmalıdır.

“Bizim Ukraynanın Avropa İttifaqına qoşulmaq müraciətinə heç bir alternativə ehtiyacımız yoxdur, bizim belə kompromislərə ehtiyacımız yoxdur,” Zelenski Kyivdə səfərdə olan Portuqaliya baş naziri Antonio Kosta ilə birgə mətbuat konfransında bildirib.

Fransa Prezidenti Emmanuel Makronun mayın 9-da Ukraynanın tammiqyaslı Aİ üzvü ölmasının “onillər” çəkə biləcəyinə işarə etməsi və ölkənin onun əvəzinə “”Avropa siyasi icmasına” qoşulmasını təlikf etməsi Ukraynada qəzəbə səbəb olub.

Ukrayna Aİ üzvlüyünə qəbul edilmədən öncə idarəetmədə ciddi standartlara cavab verməli, korrupsiya ilə mübarizə aparmalı və qanunun aliliyini tətbiq etməli olacaq.
Rusiya Kyivin Aİ və NATO ilə inteqrasiya meylinin qarşısını almaq məqsədilə fevral ayında Ukraynaya hərbi müdaxilə edib.

Ancaq Zalenski şənbə günü israr edib ki, ölkəsinə Aİ-yə tam üzv olmaq prosesinə başlamağa icazə verilməlidir.

“Çünki, inanım mənə, bu, Avropanın Ukrayna ilə kompromisi olmayacaq, bu, Avropa ilə Rusiya arasında növbəti kompromis olacaq. Mən buna tam əminəm,” o deyib.

“Bu, Rusiya rəsmilərinin və lobbiçilərinin Avropa ölkəsinin Ukraynanı dəstəkləyib-dəstəkləməmək qərarına siyasi və diplomatik təzyiqidir,” o əlavə edib.

Makronun “Avropanın siyasi icması” təşəbbüsü iyun ayının sonunda Aİ sammitində müzakirə olunacaq. Fransa lideri referendumdan sonra Aİ-dən çıxan Britaniyanın da bu qruplaşmaya qoşula biləcəyini təklif edib.

Ancaq bəzi Avropa liderləri artıq bu təklifi tənqid edib.

“Mənim təəssüratım belədir ki, bu, namizəd statusunun verilməsi ilə bağlı qəti qərarların qəbulu üçün açıq-aşkar siyasi iradənin çatışmazlığını ört-basdır etmək cəhdidir,” Litva prezidenti Gitanas Nauseda ötən həftə deyib.

Britaniyanın xarici işlər naziri Liz Truss də cümə günü Makronun təklifini mənfi yanaşıb.

“Mən hazırda, G-7 və ya NATO kimi artıq uğurla işləyən strukturları qurmağa üstünlük verirəm,” o deyib.