Amerikalı həkim döyüş meydanında əzalarını itirmiş ukraynalı əsgərlərə yardım edir

Your browser doesn’t support HTML5

Amerikalı həkim döyüş meydanında əzalarını itirmiş ukraynalı əsgərlərə yardım edir

Döyüş meydanında əzalarını itirmiş xəstələrin müalicəsi və reabilitasiyası Ukraynanın səhiyyə işçiləri üçün çox ağır bir reallıqdır. Amerikalı erqo-terapevt (əzalarını itirən xəstələrə yardım edən həkim) yardım etmək üçün bir neçə aydır Ukraynadadır.

Robert Motli oyunları müalicə prosesinin bir hissəsinə çevirir. Həkim yardımçısı Marta Mostetska: "Yumşaq toplarla futbol oynamaq kimi bütün bu oyunlar onun fikridir. Biz reabilitasiyadan sonra cəbhəyə qayıtmaq istəyən xəstələr üçün məşqlərə də başladıq. Beləliklə, protezlərlə olsa belə, onlar həm özlərinə, həm də başqalarının yaralarını sarıya bilərlər."

Erqo-terapevt Robert Motli: "Biz onlarla nahar edirik. Bir az boş vaxtımız olanda onlarla şahmat oynayırıq. Basketbol oynamağa gedirik. Bəzən birlikdə şam yeməyi də yeyirik. Düşünürəm ki, ABŞ-da bu, yəqin ki, peşəkar sərhədi keçmək kimi qəbul edilə bilər. Lakin burada fikrimcə, bütün bunlar terapiyadır, elə deyilmi?"

Motli Lviv yaxınlığındakı Superhumans Reabilitasiya Mərkəzində bir neçə ay işləyib. O, dörd illik təhsilini başa vurduqdan sonra ABŞ-da ehtiyatda olan zabitlərin Təlim Korpusunda hərbi xidmətdə olub.

O, Lvivə gəldikdən cəmi bir həftə sonra şəhər atəşə tutulub. "Düşünürəm ki, zərbə məndən bir km-dən az məsafədə idi. Ona görə də səs olduqca yüksək idi. Əgər siz Ukraynadasınızsa, bu, bəzi yerlərdə hər gün baş verir. Beləliklə, şübhəsiz ki, daha diqqətli olmalısan ."

Motlinin ABŞ-dakı hərbi karyerasına avtomobil qəzası son qoyub. Lakin o, bu sahəni tamamilə tərk etmək istəməyib və yaralı veteranlarla işləmək üçün reabilitasiya mütəxəssisi olmağa qərar verib.

Onun xəstəsi Roman səkkiz ay gözlədikdən və reabilitasiyadan sonra protez almağa hazırlaşır. "O, dağ ərazisində döyüşlər və xilasetmə missiyalarının xüsusi bölmələrdə xidmət edib. Monqolustan ordusu ilə birlikdə təlim keçib. Bu, həqiqətən məni heyran etdi. Onunla çox şey haqda danışa bilərik" - deyə, Roman bildirir.

Motli bir dəfə könüllü olaraq Vayominq ştatında "Wind River" dağında axtarış və xilasetmə qrupuna qoşulub.

Formasını saxlamaq üçün Motli Lvivdə qayaya dırmanma idman zalına tez-tez gedir Onun yaradıcı ideyaları veteranlara yeni reallıqlarına uyğunlaşmaqda yardım edir. "Mən onları müalicə edirəm, amma həm də onların gündəlik həyatında bacardığım qədər müstəqillik yaratmağa çalışıram. Deməli, bu sadəcə olaraq "yumruğunu yaxşı sıxa bilərsənmi?" deyil. Bu, "borş yemək üçün qaşığı yaxşı tuta bilərsənmi?" "qırmağı tuta bilərsənmi?" "uşağını qaldıra bilirsənmi?" suallar deməkdir".

Superhumans Reabilitasiya Mərkəzinin rəhbərinin dediyinə görə, döyüşlər zamanı 20 minə yaxın ukraynalı əzalarını itirib.