Ukraynaya səfər edən ABŞ tele-aparıcısı Reyçel Rey orada yerli əhali üçün yemək bişirir

Your browser doesn’t support HTML5

Ukraynaya səfər edən ABŞ tele-aparıcısı Reyçel Rey orada yerli əhali üçün yemək bişirir

Reyçel Rey ABŞ-da yaşayan məşhur telea-parıcı, aşpaz və yazıçı dır. Lakin ukraynalılar onu müharibədən əziyyət çəkən ölkəyə yardım etmək üçün etdiyi xeyriyyəçilik fəaliyyəti sayəsində daha yaxşı tanıyır.

Reyçel Reyin sosial mediada milyonlarla izləyicisi var. O, bir neçə "Emmi" mükafatı alıb və ABŞ-da ən məşhur televiziya şouları və cizgi filmlərində çıxışlar edib.

COVID-19 pandemiyası zamanı onun evi yanmış, iti ölmüşdü. O, sığınacaqdan başqa birini xilas etməyə getdiyi vaxt Ukrayna haqqında öyrənmişdi. Tele-aparıcı Reyçel Rey: "Mən daha bir heyvanı xilas etdim və itimə təlim keçən qadın Andriylə işləyən şəxsin bacısı idi."

Andriy Futey 1940-cı ildən ABŞ-da Ukrayna icmasını təmsil edən "Amerika Ukrayna Konqresi Komitəsi"nin prezidentidir. 2022-ci ilin yayında o, ilk dəfə Reyi Ukraynaya aparıb.

Ondan sonra o, oraya daha beş dəfə qayıdıb. Andriy Futey: "10 mindən çox fərdi ilk yardım dəstini özü alıb və cəbhə bölgələrinə, oradakı oğlan və qızlarımıza göndərib.”

O, hazırda Lvivdəki "Sarsılmaz" Milli Reabilitasiya Mərkəzinin səfiridir. O, Kramatorsk dəmiryol vağzalında Rusiyanın raket zərbəsi zamanı xəsarət almış Stepanenkolar ailəsi ilə görüşünü xatırlayır. Reyçel Rey: "O balaca qızın "sırğalarımı bəyənirsən?" deməsi məni heyrətə gətirdi. Onun əli-ayağı yoxdur. O, çarpayıda oturub. Anasının isə bir ayağı var. Nənəsi gözünün önündə partladılaraq, ölüb. Onun kiçik qardaşı yanında çarpayıda oturub. Anası da oradadır, hamısı bir otaqda. Və onlar sağ olduqları üçün çox minnətdar və xoşbəxtdirlər."

O vaxtdan bəri Rey Ukraynaya kulinariya avadanlığı və tibbi ləvazimat gətirir, həmçinin hər səfəri zamanı uşaq evlərində və xəstəxanalarda seminarlar keçirir. "Mən bir çox Ukrayna reseptlərini oxudum və öz qarışıqlarımı hazırladım. Biz burada olduğumuz zaman həmişə toplaşır və söhbət edir, əylənirik. Ancaq obyektin olduğu yerdə gündə üç dəfə 4 min nəfərə yemək verəcək bir mətbəx tikirik."

Ukraynaya son səfəri zamanı Reyi ABŞ-ın "MasterChef" kulinariya şousunun iştirakçısı Noa Sims müşayiət edib. "Mən insanlara hər zaman deyirəm: Əgər özünüz Ukraynaya gedə bilmirsinizsə və ya Ukraynaya çox pul verə bilmirsinizsə, bunu edə bilərsiniz və bu pulsuzdur - Onları fikrinizdə, söhbətinizdə və ürəyinizdə saxlayın. Dünyada demokratiyaya inanan hər kəs bunu etməlidir".

Rey 2024-cü ilin payızında Ukraynaya qayıtmağa ümid edir. Bu, onun yeddinci səfəri olacaq.