BMT nümayəndə heyəti Zaporojye Atom Elektrik Stansiyasına gedir

Zaporojyedə radiasiya sızması qorxusu hələ də qalmaqda davam edir. Lakin Beynəlxalq Atom Enerjisi Agentliyinin bildirdiyinə görə, Ukrayna bu obyektin fəaliyyətidə olduğunu deyib.

BMT-nin Atom Enerjisi Agentliyinin rəhbəri bildirib ki, onun nümayəndə heyəti cəbhə xəttinə yaxın yerləşən Zaporojye Atom Elektrik Stansiyasına (AES) gedir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossi tvitter səhifəsində “bu həftənin sonunda” elektrik stansiyasına gedəcək qrupa rəhbərlik edəcəyini yazıb.

"Biz Ukraynanın və Avropanın ən böyük nüvə obyektinin təhlükəsizliyini təmin etməliyik” - deyə, Qrossi bildirib.

MAQATE-nin bildirdiyinə görə, missiyanın əsas diqqəti zavodda fiziki zərərin qiymətləndirilməsi, qorunma və təhlükəsizlik sistemlərinin yoxlanması, idarəetmənin müəyyən edilməsi, işçilərin vəziyyətinin qiymətləndirilməsi və “təcili mühafizə tədbirlərinin” həyata keçirməsinə yönəldəcək.

Rusiya zavodun ərazisinə altı aydır davaç edən işğalının əvvəlindən nəzarət etsə də, zavod ukraynalı mühəndislər tərəfindən idarə olunur.

Rusiya və Ukraynanın bir-birini ittiham etdiyi bölgədə çoxsaylı hücumlara baxmayaraq, Qrossi Ukraynanın agentliyə “bütün təhlükəsizlik sistemlərinin işlək vəziyyətdə qaldığını və radiasiya səviyyəsində heç bir artım olmadığını” bildirdiyini deyib.

Rusiya bazar günü səhər saatlarında obyektin yaxınlığında yeni raket və artilleriya hücumları həyata keçirib. Ukrayna rəsmiləri zərərin əhəmiyyətli dərəcədə olduğunu bildirib.

Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru Valentin Rezniçenko bildirdiyinə görə, gecə saatlarında baş verən şiddətli raket zərbələri Nikopolun nüvə stansiyasından təxminən 10 kilometr aralıda yerləşən hissəsi elektriksiz qalıb. Raket zərbələri digər yaxınlıqdakı Marhanets şəhərində onlarla evə ziyan vurub.

Nüvə obyektindən çayın 40 kilometr yuxarısında yerləşən Zaporojye şəhəri də hücuma məruz qalıb. Şəhər şurasının üzvü Anatoli Kurtev iki nəfərin yaralandığını bildirib.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bazar günü bildirib ki, Ukrayna qüvvələri tərəfindən atılan mərmilər reaktor yanacağı və radioaktiv tullantıların saxlandığı binaların yaxınlığına düşüb.