Ukraynanın "Ukrayna Ətraf Mühit Liqası" könüllüləri

Your browser doesn’t support HTML5

"Ukrayna Ətraf Mühit Liqası" 1997-ci ildən fəaliyyət göstərir. Onun əsas işi meşə yanğınları ilə mübarizə aparmaq üçün könüllülərdən ibarət qruplar hazırlamaqdır. Lakin müharibə dövründə yanğınsöndürənlərin vəzifələri genişlənib.

Xüsusi jiletlər, dəbilqələr və əlcəklər… Ukraynanın Xmelnitski bölgəsindəki Rozsoşa rayonunun könüllü yanğınsöndürənləri ABŞ-ın Meşə Xidməti tərəfindən onlara hədiyyə etdiyi avadanlıqları sınaqdan keçirir. "Ukrayna Ətraf Mühit Liqası"nın üzvü Olena Paşçenko: "ABŞ-ın Meşə Xidməti sayəsində biz bütün könüllü yanğınsöndürənlər üçün motor nasosları, zəncirli mişarlar, və xüsusi geyim, çəkmələr, əlcəklər və dəbilqələr kimi həyati vacib avadanlıqlar əldə edə bildik."

Rozsoşa icması 26 kənddən ibarətdir və on bir min nəfərin yaşadığı yerdir. "Ukrayna Ətraf Mühit Liqası" ABŞ Meşə Xidməti ilə birlikdə burada əsaslı meşə yanğınlarından mühafizə sisteminə başlayır. Olena Paşçenko: "Ölkəmizin müharibədə olduğu bir vaxt, Rusiyanın təcavüzü zamanı bu layihəni dəstəklədiyinə görə, biz ABŞ-ın Meşə Xidmətinə çox minnətdarıq."

Yeddi yerli sakin xüsusi təlim keçib və könüllülər sertifikatları alıb. Könüllü yanğınsöndürən Volodimir Petrovski: "Biz cəmiyyətimizi təhlükəsiz saxlamalıyıq. Mən meşə yanğınlarının qarşısının alınması, istənilən fövqəladə hallar, təbii fəlakətlər haqqında danışıram, hər şey ola bilər və biz yardıma hazır olmalıyıq. Və əgər bir hadisə baş verərsə, insanlara yardım etməliyik".

Könüllü yanğınsöndürənlər hərəkatı müharibədən əvvəl başlamışdı. Rozsoşa İcmasının üzvü Vasil Dyaçok: "Biz insanları könüllülər briqadalarına cəlb etməyə başladıq. İndi o uşaqların çoxu cəbhə xəttindədir. Hər icmadan bizə yardım etmək istəyən beş, yeddi, bəlkə də səkkiz oğlan var idi."

Ukrayna Ətraf Mühit Liqası ABŞ Meşə Xidməti ilə birlikdə Rozsoşanın könüllülərdən ibarət yanğınsöndürmə hərəkatının canlanmasına yardım edib. Xmelnitski Regional Fövqəladə Dövlət Xidmətindən Andriy Kozak: "Könüllü yanğınsöndürənlər bizim ilk yardımçılarımızdır. Yanğın baş verəndə ən tez onlar gəlir. Hökumətin yanğınsöndürən maşını gələnə qədər yanğını söndürməyə başlayır, bəlkə də tamamilə aradan qaldıra bilir".

Vasil Dyaçok: "Hər il bizdə 50-dən çox fövqəladə hadisə baş verir – yanğınlar, qəzalar. İndi isə müharibə zamanı vəziyyət daha ağırdır, davamlı atəşlər olur. İnsanlarımız hadisə yerində birinci olmalıdır".

Dyaçok deyir ki, icma daha çox könüllü cəlb etməyə və məktəblərdə yanğın təhlükəsizliyi dərsləri təşkil etməyə ümid edir.

İcmanın ən böyük arzusu yeni yanğınsöndürən maşınıdır və onlar ümid edirlər ki, arzuları ABŞ Meşə Xidməti və "Ukrayna Ətraf Mühit Liqası"nın yardımı ilə tezliklə gerçəkləşəcək.