Ukraynada Çin faktoru [Təhlil]

Çin ilk təyyarədaşıyan gəmisini Ukraynadan alıb,

Ukraynadakı siyasi böhran çoxları tərəfindən bu bölgədə Rusiya ilə Qərb arasında nüfuz uğrunda mübarizə kimi qiymətləndirilir. Bu arada rəsmi Pekin də bölgədə baş verənləri diqqətlə izləyir.

Ukraynada nümayişlər sabiq president Viktor Yanukoviçin Avropa Birliyi ilə ticarət razılığına imza atmaması və yardımı Rusiyadan almaq istəməsindən sonra vüsət aldı. Hazırda Ukrayna qərbyönümlü müvəqqəti prezidenti ilə birlikdə Qərblə Şərq arasında qalmaqda davam etdiyi bir vaxt, Çin bu münaqişədən uzaq durmaq istəyir.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hu Çanyinq ölkəsinin Ukrayna ilə strateji partnyor olmaq və bu ölkəyə iqtisadi yardım etmək istədiyini deyib. Keçən ilin dekabr ayında prezident Viktor Yanukoviç Pekinə səfəri zamanı Çin Ukraynaya 8 milyard dollar yardım edəcəyinə söz vermişdi. Bu, Çinin bundan əvvəl Ukraynaya qoyduğu 10 milyardlıq sərmayəyə əlavə idi.

Çinin aldığı dərs budur ki, gərək möhkəm təhlükəsizlik qüvvələrin olsun, və azacıq müqavimət işartısını vaxtında və dərhal söndürəsən.
Bill Bişop, ekspert
Ukrayna isə bunun əvəzində Çinə silah və torpaq verməli idi. 2012-ci ildə Ukrayna silah satışına görə dünyada dördüncü yerdə idi. Silah əsasən Çinə satılırdı. Çinin ilk təyyarədaşıyan gəmisi də Ukraynada istehsal edilib.

Keçən il Ukrayna kənd təsərrüfatı və donuz yetişdirməsi üçün torpaqlarından 5 faizini Çinə icarəyə verdi. Bu razıllığa əsasən Çin Ukraynada yollar və körpülər salmalı idi.

Təhlilçilər deyirlər ki, Çin Ukraynadakı siyasi böhranın onun bu ölkə ilə ticarətinə necə təsir etdiyini izləməsi ilə yanaşı, Ukraynadakı inqilabı da yaxından izləyir ki, belə bir inqilab ölkəsində baş qaldırdığı zaman qarşısını ala bilsin.

Ukraynadakı böhrana eləcə də, iqtisadiyyatın zəifləməsi və korrupsiyanın artması oldu. Çin liderləri ölkədə iqtisadiyyatın dirçələcəyinə söz verdilər və dövlət orqanlarında korrupsiya ilə mübarizəyə qalxdılar.

Təhlilçi Bill Bişop Çinin oxşar problemlərlə üzləşməsinə baxmayaraq, Ukrayna inqilabının çinliləri kütləvi etirazlara həvəsləndirməyəcəyini deyir. O, Çin televiziyasının Ukraynada baş verənləri senzuradan keçirərək nümayiş etdirdiyini deyir.