"Azov Batalyonu" Ukraynanın şərqində bir neçə kəndi ələ keçirib [Fotoqalereya]

Ukraynanın şərqində hökumət qüvvələrinin üsyançıların nəzarətindəki bölgədə irəliləyişə nail olduğu bildirilir. Bu haqda məlumatlar zorakılıqlara son qoymaq məqsədilə Belarusda keçiriləcək zirvə toplantısından əvvəl verilir.

Kiyev tərəfdarı yarı-hərbi "Azov Batalyonu" öz Facebook səhifəsində bildirib ki, Novoazovsk şəhəri yaxınlığında bir neçə kəndi ələ keçirib. Məlumatda eləcə də deyilir ki, Donetskin 50 kilometrliyində yerləşən Kramatorsk şəhərinin yaşayış ərazisi raket və qumbara atəşlərinə məruz qalıb.

Kiyevin hərbi sözçüsü bildirib ki, ölkənin şərqində 24 saat davam edən döyüşlər zamanı azı 7 Ukrayna əsgəri ölüb.

Rusiya, Ukrayna, Almaniya və Fransa nümayəndələri on ay sürən və azı 5 min 400 insanın ölümülə nəticələnən böhrana son qoyulması məqsədilə çərşənbə günü Belarus paytaxtında bir araya gələcək.