Kyivin Avropa İttifaqının Brüsseldə keçirilən sammiti izlədiyi bir vax, Ukraynanın şərqindəki Avdiyivka şəhəri və Donetsk vilayətinin ətraf rayonlarında şiddətli döyüşlər ara-sıra davam edir.
27 dövlətdən ibarət blokun sammitində Rusiyanın işğalının pislənəcəyi və bəzi ölkələrin donorluq qorxusu fonunda Ukraynaya dəstəyin təkrarlanacağı gözlənilir.
Ukrayna silahlı qüvvələrinin bildirdiyinə görə, Kyiv ordusu son 24 saat ərzində Rusiyanın bombardmanları nəticəsində xarabalığa çevrilmiş Avdiyivka və ətrafında Rusiya qüvvələrinin 15 hücumunu dəf edib.
Avdiyivka son aylar Moskvanın müharibədə ən böyük hücumlarının həyata keçirildiyi yerdir və bəzi analitiklər deyirlər ki, Ukraynanın təchizat yolları dar bir dəhliz qədər sıxılıb.
Müharibə 21-ci aydır davam edir və Avropa İttifaqı liderlərinin sammitin yekun layihəsinə əsasən Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü", eləcə də "özünü müdafiə etmək hüququ"nu dəstəklədiklərini bir daha təsdiqləmələri gözlənilir.
Yekun olmayan və hələ də Avropa İttifaqı liderləri tərəfindən təsdiq edilməli olan sənəd həm də blokun "Ukraynaya və xalqına lazım olan müddətdə güclü maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstək verməkdə davam etmək niyyətini bir daha təsdiq edəcək".
Bu arada, Ukraynanın Rusiyanın döyüş təyyarələri və dəniz minalarından yarana biləcək təhlükə səbəbindən yeni Qara dəniz taxıl ixracı dəhlizini müvəqqəti bağladığı bildirilib.
Ukraynanın kənd təsərrüfatı brokeri və analitik şirkəti "Barva İnvest"in bildirdiyinə görə, müdafiə rəsmilərinin Qara dəniz bölgəsində Rusiya təyyarələrinin fəaliyyətinin artdığını əsas gətirməsi səbəbindən ölkəyə gələn və ölkədən çıxan gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.