Böyük Britaniya: Rusiyanın İran istehsalı pilotsuz uçuş aparatı ehtiyatı azalır

Britaniya Müdafiə Nazirliyi şənbə günü gündəlik kəşfiyyat açıqlamasında bildirib ki, Rusiya böyük ehtimalla İranın təchiz etdiyi İran istehsalı olan birtərəfli hücum qabiliyyətli pilotsuz uçuş aparatları ehtiyatını tükədib.

Nazirlik bildirib ki, fevralın 15-dən bəri həmin uçuş aparatlarından istifadə olunduğuna dair məlumat alınmayıb. Ancaq yanvar ayının sonundan fevral ayının əvvəlinədək onlardan azı 24-nün vurulduğu bildirilmişdi.

“İlin ilk bir neçə günündə onlarlası məhv edilib,” nazirlik deyib.

Britaniya nazirliyi bildirib ki, Rusiya çox güman ki, daha çox pilotsuz uçuş aparatı istəyəcək, baxmayaraq ki, onlar nəzərdə tutulan hədəflərini məhv etməkdə çox uğurlu deyillər.

“Rusiya, çox güman ki onları Ukraynanın havadan müdafiə sisteminin diqqətini Rusiyanın daha effektiv qanadlı raketlərindən yayındıra bilən faydalı tələ kimi görür,” nazirlik bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü bildirib ki, Rusiyanın Ukraynada bu qədər çox insan öldürməsi cəzasız qalmayacaq. O, Rusiya ordusu və siyasi rəhbərliyinin Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılmasını istədiyini deyib.

“Onlar cavabdeh tutulmalıdır,” Zelenski deyib. “Mən cavabdehliyə inanıram.”

Cümə günü, Rusiyanın Ukraynaya hərbi müdaxiləyə başlamasından tam bir sonra, Ağ Ev Pentaqonun Ukraynanın Rusiyaya qarşı müdafiəsinə 2 milyard dollardan çox hərbi yardım verəcəyini deyib.

Yardım paketinə Yüksək Sürətli Artilleriya Raket Sistemi, HIMARS, üçün əlavə sursat, 155 mm artilleriya mərmiləri, lazerlə idarə olunan raket sistemləri üçün döyüş sursatları və avadanlıqlarla bağlı təlim, onların texniki xidməti və təmiri üçün maliyyə vəsaiti daxildir. Prezident Co Bayden “Ukraynanın heç vaxt Rusiyanın qələbəsi olmayacağına” dair vədini təkrarlayıb.

Dövlət katibi Antoni Blinken ABŞ-ın Ukrayna infrastrukturunu dəstəkləməyə sadiqliyini təsdiqləyib. Blinken deyib ki, Dövlət Departamenti ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Maliyyə Nazirliyi ilə koordinasiyalı bir şəkildə Ukraynaya büdcə dəstəyi və Rusiyanın hücumlarından əziyyət çəkən ukraynalılara kömək etmək üçün enerji dəstəyi daxil olmaqla 10 milyar dollar dəyərində yardım təklif edir.

Bundan əlavə Dövlət Departmanenit Rusiyanın Ukraynanı işğalının birinci ildönümdə Rusiyanın 60 yüksək vəzifəli rəsmisinə, o cümlədən nazirlər kabinetinin üzvlərinə və bölgə liderlərinə və ölkənin nüvə silahları proqramlarını idarə edən üç quruma sanksiyalar tətbiq edib.

ABŞ həmçinin Moskvaya ixrac məhdudiyyətlərindən yan keçməyə və əsas texnologiyalara çıxış əldə etməyə yardəm edən şirkətlərə daha geniş qlobal sanksiyalar tətbiq edib.

Maliyyə Nazirliyi bildirib ki, Rusiyanın metal və mədənçilik sektorlarına sanksiya qoyur. Böyük Yeddilərlə birlikdə atılan bu addım 240 insan və şirkəti cəzalandırmaq məqsədi daşıyır, banklara, silah satıcılarına və silah istehsalı ilə əlaqəsi olan texnologiya şirkətlərinə maliyyə əngəlləri qoyur və Birləşmiş Ərəb Əmirliklərindən tutmuş İsveçrəyə kimi sanksiyalardan yan keçənləri hədəf alır.