Ucqar yerlərdə təcili yardım [Video]

Your browser doesn’t support HTML5

Ucqar yerlərdə təcili yardım

Ucqar fəlakət təlim kursu avstraliyalı tibbi yardım komandalarına çöllükdə həyat xilas etməyə yardım edir. Tasmaniya sahilləri yaxınlığındakı bir adada keçirilən süni fəlakətlərin yer aldığı 8 günlük kurs fövqəladə yardım işçilərini ucqar yerlərldə az sayda avadanlıqla xəsarətlərə müdaxilə etmək üçün lazım olan bilik və bacarıqla təmin edir.

Bu kursda həkim və digər xilas işçilərinə ucqar yerlərdəki fövqəladə hallara müdaxilə etmək üzər təlim keçilir.

“Adətən yeni başlayanda ən çox mücadilə aparanlar həkimlər olur, çünki onlar yüksək dərəcədə nəzarət olunan bir mühitdə işləməyə öyrəşiblər. Onların çalışdıqları yerlərdə xəstələr qapıdan içəri xərəkdə daxil olur. Amma burada onlar başı-aşağı sallanan, yarğana düşən və ya ağacdan düşən insanları görəndə, hardan başlayacaqlarını bilmirlər.”

İştirakçılara çöldə, təbii fəlakət və ya ucqar bir yerdə baş verən qəza nəticəsində yaranmış ekstremal tibbi vəziyyətlərdə nə etməli olduqları öyrədilir. Məsələn, xəstəni xərəkdə şaquli bir sıldırımdan aşağıya doğru necə aparmaq lazımdır.

“Bu cür şeyləri sinif otağında öyrənmək mümkün deyil.”

Bəzi iştrakçılar Everest bazası düşərgəsi yaxınlığında işləməyi planlaşdırırlar. Digərləri isə təbii fəlakət zonalarında yardım etmək istəyirlər. Kursun təşkilatçıları ümid edir ki, burada əldə olunan bacarıqlar bütün dünyada həyatların xilas edilməsinə yardım edə bilər.