Amerika Xarici Siyasət Şurasının eksperti Wayne Merry hesab edir ki, Ermənistan-Azərbaycan cəbhəsində mütəmadi xarakter alan toqquşmalar müharibə təhlükəsini artırır. Amerikanın Səsinə müsahibədə amerikalı ekspert, əgər baş verərsə, növbəti müharibənin son dərəcə qanlı və destruktiv mahiyyət daşıyacağını deyir.
Sual: Ermənistan-Azərbaycan cəbhəsində zorakılıqların eskalasiyası ABŞ Dövlət katibi Hillari Klintonun regiona səfəri ilə üst-üstə düşdü. Sizcə bu, təsadüf idi, yoxsa hansısa növ provokasiya?
Cavab: Bu zorakılıq dalğasını Klintonun səfəri ilə əlaqələndirməmək çətindir. Nəzərdə saxlamaq lazımdır ki, təmas nöqtələrində toqquşmaların tempi yüksələn xətt üzrə gedir. Bu toqquşmalar adətən Dağlıq Qarabağdakı təmas xəttində qeydə alınır. Birinci insidentin qəribəliyi onda idi ki, bu, Ermənistanla Azərbaycan arasındakı sərhəddə baş verdi. Bu, nisbətən qeyri-adi idi. Zənnimcə baş verəni siyasi motivlə əlaqələndirmək bir qədər tez olardı. İkinci insidentə isə əks-ölçü kimi baxılmalıdır. Fakt budur ki, iki ölkə arasında qarşılıqlı zorakılıq halları silsilə xarakter alıb.
Sual: Konfliktin yenidən alovlanma şansları nə qədər realdır?
Cavab: Hesab etmirəm ki, müharibə başlamaq üzrədir, yaxud labüddür. Amma aydındır ki, son bir neçə ildə bu istiqamətdə momentum güclənir. Siz qarşıdakı 2-5 ilə baxsanız, bu dövr təhlükəli görünür. Bu perspektivə bir neçə faktor rəvac verir. Əvvəla Ermənistanla Azərbaycan arasında irimiqyaslı silah yarışı gedir. Təmas xəttində çox sayda toqquşmalar qeydə alınır. Vasitəçilər irəliləyiş əldə edə bilməyiblər. Və həm Azərbaycanda, həm Ermənistanda, həm də Dağlıq Qarabağ erməniləri arasında belə bir gözlənti var ki, problem yalnız hərbi yolla həll oluna bilər. Mən deyərdim ki, Dağlıq Qarabağ son 15 ildəki post-müharibə dövründən pre-müharibə dönəminə keçid edib. Beynəlxalq ictimaiyyət isə növbəti konfliktin qarşısını almaq üçün əlindən gələni etməlidir.
Sual: Sizin təxminlərinizə əsasən əgər konflikt baş versə, bu əvvəlki münaqişədən necə fərqlənəcək?
Cavab: Oh, bu çox fərqli olacaq. 1991-94 müharibəsi əsasən quru müharibəsi idi ki, burada əsasən piyada və zirehli texnikadan istifadə olunurdu. İcmalar hələ də müəyyən yerlərdə bir-birlərinə yaxın idilər. Amma müharibə əsanısdna aparılmış etnik təmizləmə nəticəsində hazırda erməni və azərbaycanlı icmaları tamamilə bir-birindən ayrılıb. Dağlıq Qarabağ və işğal edilmiş rayonların topoqrafiyası, bölgənin dağlıq landşaftı buranı əsl istehkama çevrib. Burada cəmləşən hərbi qüvvə ona hücum etməyi istər Azərbaycan, istərsə də başqa harbi qüvvə üçün olduqca çətin edir. Növbəti müharibə daha çox mühasirə xarakteri daşıyacaq. Müharisə döyüşləri isə dəhşətli dağıntılarına, ələlxüsus mülki vətəndaşlar arasında kütləvi təlafatlarına görə tanınır. Dağlıq Qarabağda növbəti müharibədə müşahidə olunacaq atəş potensialı və intensivlik 91-94 müharibəsindən xeyli yüksək olacaq. Lap əvvəldən biz mülki əhalinin hədəf alınmasının şahidi olacağıq. Bir də, bu münaqişə təkcə Qarabağ və ətraf regionu əhatə etməyəcək, sürətlə regionun uzaq künclərinə yayılacaq.
Sual: Azərbaycan və Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyətlərini necə müqayisə edərdiniz?
Cavab: Onlar asimmetrikdir. Neft və qaz sərvətlərinin sayəsində Azərbaycan hərbi büdcəyə xeyli vəsait ayırırb və hazırda Azərbaycanbın hərbi büdcəsi Ermənistanın ümummillio büdcəsindən böyükdür. Amma Ermənistan Rusiyada endirilımiş qiymətə yaxud müftə silah-sursat alır. Fundamental fərq ondan ibarətdir ki, erməni qüvvələri müdafiə mövqeyindən çıxış edərək əldə saxladıqları ərzini istehkama çevrimiş və cəbhə xəttində ölüm zonaları yaradıblar. Bu zonaların məqsədi hücum edən qüvvə arasında maksimum təlafatlara nail olmaqdır. Azərbaycan özünü daha çox mobil və hücum üslubu üzrə hazırlaşdırıb, yeni texnologiyalara külli-miqdarda vəsait xərclənib. Azərbaycan tərəfi çalışacaq ki, dəqiq artilleriya və hava zərbələri ilə ermənilərin müdafiə üstünlüklərini neytrallaşdırsın. Bu asimmetriya təkcə qüvvələrin həcmində deyil, həmçinin onlardan istifadə metodundadır. Bütün hallarda növbəti konflikt son dərəcə qanlı və gözlənilməz mahiyyət daşıyacaq. Heç kim bilə bilməz ki, alovlanan konfliktin sonu necə olacaq.
Sual: Daxili siyasi durum hər iki tərəfdə emosiyaların qızışmasına nə dərəcədə təsir göstərir?
Cavab: Əlbəttə ki, bunun təsiri var. Azərbaycanlılarla ermənilər arasında artıq təmas yoxdur. Vaxt var idi ki, onlar Bakıda, Dağlıq Qarabağda bir-birlərinə yaxın idilər. Amma indi onlar ayrılıblar. Bir nəsillik periodda düşmənçilik təbliğatı üz işini görüb. Onların gözündə qarşı tərəf nifrət və aşağılama ilə səciyyələnir, etnik stereotiplər hisslərə hakim kəsilib. Bu, çox qeyri-sağlamdır. Bu, sülhün əldə edilməsini çətinləşdirir, və həmçinin onu deyir ki, konflikt başlanarsa, çəkindirici amil minimum səviyyədə olacaq.
Your browser doesn’t support HTML5