Uşaqların iki dildə danışmasının müsbət və mənfi tərəfləri (VİDEO)

Uşaqların iki dildə danışmasının müsbət və mənfi tərəfləri (VİDEO)

Araşdırmalar göstərir ki, uşaqlar hətta doğulmamışdan əvvəl öz doğma dillərinə köklənir. Professor Keti Hörş-Pasek Filadelfiyadakı Templ Universitetində körpə uşaqların dil proqramının rəhbəridir: “Fikrimizcə dilin ilk inkişaf prosesi ana bətnində başlayır, çünki onlar analarının danışıqlarını eşidirlər”.

Jurnalist Ravi Xana vətəni Hindistanda 5 yerli dildə danışmağı öyrənib: “Kəlküttədə olanda 3 yaşım var idi və bütün qonşularım Benqal dilində danışdıqlarına görə bu dili öyrəndim”.

Bir vaxtlar mütəxəssislər fikirləşirdilər ki, uşağa birdən artıq dil öyrətmək çaşqınlığa səbəb ola bilər. “Mənim keçmiş həyat yoldaşım düşünürdü ki, uşaqlarda çaşqınlıq yaranar. Ona görə də, onlara Hindu dilini öyrətməyə imkan vermirdi. Mən də dalaşmalı olurdum. Axırda problem olmadı və uşaqlarım Hindu dilini öyrəndi”-deyə Ravi Xana bildirir.

Uşaqların iki dildə danışmasının müsbət və mənfi tərəfləri (VİDEO)

Artıq xarici dil təhsilinə münasibət dəyişib. Nyu-Yorkda uşaqlar yeriməyə başlamamışdan əvvəl onlara xarici dil öyrədən proqramlar var. 2007-ci ildə Kolumbiya Universitetinin professoru Ənn Senqas bu günün reallığını belə izah etmişdi: “Çoxlu dil öyrənmək bizdə təbii istedaddır. Bu insanların və insan icmalarının təbii halıdır”.

Araşdırmalar göstərir ki, doğulandan iki dil öyrənən uşaqlar hər iki dili mənimsəyə bilir. Qiya Lay Amerikanın səsinin Çin xidmətinin əməkdaşıdır: “Valideynlərim mandarin dilində danışır. Ancaq onlar mənimlə həm mandarin, həm də Tayvan dilində danışırdılar.”

Uşaqlar yalnız qulaq asmırlar, həm də anaları danışarkən onların dodaqlarına baxırlar. Bununla onlar analarının danışdığı dilləri ayırd edirlər. Bir uşaq kimi Layın dilini Mandarindən Tayvana dəyişməsində heç bir problem olmayıb: “Bunlar iki tam fərqli dildir, ona görə də, mən heç bir çaşqınlıq yaşamamışam”.

Birdən artıq dildə səlist danışan insanlar üçün dilləri dəyişməkdə çətinlik yaşanmır. Amerikanın səsinin internet xidmətinin redaktoru Sandra LeMayr 4 dildə səlist danışır və bir dildən o birinə keçməkdə çətinlik çəkmir: “Bu bir növ avtomobilin sürət qutusunda sürəti birdən ikiyə keçirmək kimidir.”

Penn Ştat Universitetində aparılan araşdırma aşkar edib ki, birdən artıq dildə danışan insanlar digərlərinə nisbətən eyni anda birdən çox iş görməkdə daha bacarıqlı olurlar və oxuduqları materialda mühüm olan məlumatı daha tez müəyyən edirlər.