Təranənin kafesi

Your browser doesn’t support HTML5

Təranə Vəliyeva İçərişəhərdə yerləşən "27 qm Tarana's small gallery and cafe" nin sahibidir. O, deyir ki, məkan kommersiya məqsədi ilə fəaliyyət göstərmir, daha çox gənc rəssamlara dəstək məqsədilə fəaliyyət göstərir. Başqa məkanlardan fərqini ilk növbədə interyerdə görür. Başqa məkanlar kimi dəbdəbəli yer deyil, maksimum dərəcədə ev ab-havasını yaratmağa çalışıb. İdeyalarından biri burada valideynlər və uşaqlar arasında master klaslar təşkil etməkdir. Texnologiyanın inkişaf etdiyi dövrdə uşaqlarla valideynlər arasında ünsiyyət çox zəifdir, master klasların məqsədi də bu ünsiyəti artırmaq üçündür.