"Tələbə Tələbi" layihəsi təhsil ödənişinin və imtahanların ləğvi ilə baglı müraciət edib

Your browser doesn’t support HTML5

Bakı Dövlət Universitetinin tələbəsi, "Tələbə Tələbi" layihəsinin təsisçisi Rüstəm İsmayılbəyli təhsil ödənişinin, həmçinin imtahanların ləğvi ilə bağlı müraciəti haqqında Amerikanın Səsinə danışıb. Pandemiya ilə əlaqədar elan olunan karantinə görə martın əvvəlindən bəri universitetlər bağlanıb. Yalnız aprel ayından etibarən mühazirə dərslərinin onlayn tədrisi başlanılıb, lakin bu dərslər də texniki cəhətdən bütün tələbələ üçün əlçatan deyil. Buna baxmayaraq, universitetlər iyul ayında imtahanları keçirməyi və ondan əvvəl də semestr ödənişlərini almağı planlaşdırırlar. Bu səbəbdən kampaniya təşkilatçıları Təhsil Nazirliyinin önündə "ödənişi ləğv et", "imtahaları ləğv et" tələbi ilə müvafiq quruma müraciət edəcəklər. Rüstəm bildirib ki, tələbələr pandemiya dövründə onlayn qaydada keçirilən dərslərin keyfiyyətindən narazıdır və buna baxmayaraq təhsil haqlarının istənilməsindən şikayətçidirlər. Eyni zamanda karantin dövründə iqtisadiyyatın dayanması, xüsusilə də, tələbələrin əksəriyyətinin işlədiyi xidmət sektorunun çökməsi semestr ödənişini etməyi çətinləşdirib.