Təhlilçilər: "İŞİD terror təşkilatı olaraq hələ tam məğlub edilməyib”

Your browser doesn’t support HTML5

“İŞİD terror təşkilatı olaraq məğlub edilməyib”

İraqın sabiq Baş naziri Heydər Əl-Abadinin İraqda İslam Dövləti qrupunun hərbi məğlubiyyətini elan etməsindən dörd il ötür. 2019-cu ilin martında Suriyanın Bağuz şəhərinin ələ keçirilməsi qruplaşmanın ümumi məğlubiyyətinə səbəb oldu.

İraq və Suriyadakı İslam Dövləti bir vaxtlar yeddi milyondan çox insana və 100 min kilometr əraziyə nəzarət edirdi. Ərazini itirdikdən bəri, o, artıq genişmiqyaslı müharibə apara bilmir. Lakin İŞİD kimi də tanınan qrup bomba və kiçik hücumlar həyata keçirərək, yerli əhalini vahimədə saxlamağa davam edir. Demokratiyaları Müdafiə Fondundan Tom Coselin: “İŞİD üsyançı bir terror təşkilatı olaraq məğlub edilməyib. Onlar uzun müharibə, uzun cihad aparmağa hazırdır”.

Demokratiyaları Müdafiə Fondundan Tom Coselin deyir ki, İraq və Suriyada İslam Dövlətinə dair dəlillər var. Onlar Afrika bölgəsində də yayılıb. Birləşmiş Millətlər Təşkilatının hazırda bu qruplaşmanın müharibədən əziyyət çəkən Əfqanıstanın hər vilayətinə yayıldığını deyir. “Mən hesab edirəm ki, ümumilikdə ABŞ bu cihad səbəbini ümumiyyətlə düzgün qiymətləndirmir. Mən deyərdim ki, ABŞ çox uzun müddətdir "dəlilləri görməzdən gəlmək" oyunu oynayır. Nə siyasətçilər, nə hərbi rəhbərlik və başqaları həqiqətən də uzun müddətdir bu mübarizədə iştirak etmək istəməyib və ona görə də düşməni necə görmək istəyirlərsə, elə də görürlər."

Keçmiş Prezident Barak Obama bir vaxtlar İraq və Suriyadakı İslam Dövlətini “JV”, yəni kiçik “universitet komandası” adlandırmışdı. Lakin sonradan onlara qarşı mübarizə üçün minlərlə əsgər göndərdi.

Keçmiş Prezident Donald Tramp isə iki dəfə bütün ABŞ qüvvələrini Suriyadan çıxarmağa çalışdı. Lakin bu terror qruplaşması ilə mübarizə aparan Suriya müttəfiqlərinə yardım etməyə davam etmək üçün qoşunları geri göndərdi.

Beynəlxalq koalisiyanın İraq və Suriyada İslam Dövləti ilə mübarizədə rolu, ABŞ əsgərlərinin sayı da zamanla azalıb. Ordu generalı Miles Kaggins: “Bu gün bu missiya çox azaldılıb. ABŞ qoşunlarının sayı son 24 ayda 66 faizdən çox azalıb”.

İraqda qalan təqribən 2500 hərbçi kəşfiyyat məlumatlarını paylaşır, İraq və Peşmərgə kimi tanınan kürd qüvvələrinə əməliyyatlar planlaşdırmasında yardım edir.

ABŞ-ın Suriyadakı təxminən 1000 nəfərlik hərbi qüvvəsi mühüm infrastrukturun təhlükəsizliyini təmin etməklə yanaşı, Suriya Demokratik Qüvvələrinə İslam Dövlətinin qalıqlarını tapmaqda yardım edir.

İslam Dövlətinin məğlub edilməsindən bəri davam edən ən böyük problemlərdən biri qrupun çox sayda döyüşçüsünün və ailə üzvlərinin izdihamlı həbs düşərgələrində saxlanılmasıdır. “İŞİD indi qəfəsdə olan qondarma xilafətə çevrilib. 10 mindən çox İŞİD döyüşçüsü Suriyanın şimalında və şərqində Suriya Demokratik Qüvvələrinin nəzarətindədir”.

Suriyada 60-dan çox müxtəlif ölkədən məhbus var. Suriyanın yerli döyüşçüləri bu məhbusların saxlandığı düşərgələrin gələcək nəsil üsyançılar tərəfindən daha da genişlənməsindən əvvəl İraq və dünya ölkələrinin onlardan bəzilərini qəbul edə biləcəyinə ümid edir.