Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar İngiltərə paytaxtına yatırılan milyardlarla rublun taleyini təhlükə altına atıb
Son 10 il ərzində Londonun daşınmaz əmlak bazarı zəngin rusların yatırım mənbəyinə çevrilib və şəhərdəki evlərə on milyonlarla dolların xərclənməsi öz təsdiqini tapıb. Ancaq indi Moskvanın Krımı ilhaqından sonra Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar İngiltərə paytaxtına yatırılan milyardlarla rublun taleyini təhlükə altına atıb.
Böyük Britaniya paytaxtının zənginlər yaşayan hissəsinə rus sakinlər “Londonqrad” adı verib. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun təhlilçisi Nikolas Redman deyir ki, onların investisiya rahatlığı Londonun təmin etdiyi təhlükəsizlikdən qaynaqlanır.
"Burada məhkəmə sistemi, mülkiyyət hüququ var. Rusiyada bunun ekvivalenti sadəcə mövcud deyil. Ona görə də, Rusiyada pul qazanan insanlar gələcəkdə özlərini daha təhlükəsiz hiss etmək üçün bazalarının burada olmasını istəyirlər " - deyə Nikolas Redman bildirir.
İndi bu təhlükəsizlik Britaniyanın Rusiyaya daha güclü iqtisadi sanksiyalar tətbiq etmə planına görə sual altına alınıb. Belə ki, Rusiya Ukraynaya müdaxiləni artırsa sanksiyalar tətbiq edilə bilər.
London birja bazarında enerji nəhəngləri Rosneft və Qazprom da daxil olmaqla 70-ə yaxın rus şirkəti yer alır.
Ancaq beynəlxalq hüquq şirkəti olan Ashurts-un Rusiya bölməsindən Sergey Ostrovski deyir ki, sanksiya qorxusu investorların Rusiyanın qiymətli kağızlarına marağını azaltdığı bir vaxt ən azı iki birjanın satışının təxirinə səbəb olub.
"Ehtiyatlılıq dövrü yaranacaq. İnsanlar layihələri saxlaya, gözləmək və müşahidə etmək qərarı verə, həmçinin yeni layihələr üçün ehtiyatlı davrana bilər. Uzun müddət üçün Londonda ruslar yaşayan rayonun sakinlərinin dəyişməsi asan görünmür" - deyə Sergey Ostrovski qeyd edib.
Danışmaz əmlak alqı-satqı agentləri deyir ki, investorları xüsusilə buradakı əzəmətli malikanələr cəlb edir: kinoteatrı və hovuzu olan 12 yataq otaqlı ev 2012-ci ildə anonim xarici alıcıya 39 milyon dollara satılıb.
Duqlas və Qordon alqı-satqı agentliyinin direktoru Ed Mid: "Buradakı gizli qanunlar ofşor və ya şirkət adı ilə mülk almağa icazə verir. Sadəcə vergi ödənməlidir. Və fikrimcə onlar təmin edilən anonimlikdən olduqca razıdırlar".
Analitik Nikolas Redman deyir ki, Rusiya prezidenti pulu belə malikanələrdə yatan nüfuzlu oliqarxların dəstəyinə güvənir: "Əgər Rusiya elitasının böyük bir hissəsi ciddi narahatlıqla üşləşdirilsə, onların var-dövləti müsadirə edilsə, artıq belə yerlərdə əvvəllər olduğu kimi qarşılanmasalar, ehtimal etmək olar ki, onların sadiqliyi ən azından sınaqdan keçirilmiş olacaq".
Ancaq Cardin Lloyd Tomson sığorta brokeri şirkətindən Elizabet Stefenin fikrincə, sanksiyalar Rusiya iqtisadiyyatının daha əhatəli hissəsinə dərhal təsir etməyəcək.
"İranda bunu görmüşük. Eləcə də İraqda Hüseyn hakimiyyəti dövrü. Bunun nəticə verməsi üçün bir neçə il lazımdır. Həm də müvəqqəti olaraq Avropa öz iqtisadiyyatına da ziyan vura bilər" - deyə Elizabet Stepen bildirib.
Analitiklər deyir ki, oxşar addımlar yalnız Londonda deyil, Avropanın bütün paytaxtlarında müzakirə edilir.