Təbrizli kolleksioner: Bu gedişatla mühacirət etməyi düşünürəm

Sarabi Əqdəm - Tabrize Man Foto

Bir neçə xarici ölkədən və İranın bəzi böyük şəhərlərindən kolleksiyaları üçün səxavətli təkliflər aldığını bildirən İran Azərbaycanlı kolleksioner bu günə qədər təklifləri qəbul etməkdən imtina etdiyini deyir. Sarabi Əqdəm təklifləri rədd etməsinin səbəbinin Azərbaycanı sevdiyi olduğunu bildirir.

Heykəltəraş, yazıçı və araşdırmaçı alim olan kolleksioner Rza Sarabi Əqdəm iyulun 2-də saxlanılaraq həbs edilmişdi. Tanınmış mədəni fəal Eyvaz Taha, məsulların Rza Sarabi Əqdəmin topladığı əsərlərin Təbriz Peşə Muzeyinə apardıqdan sonra qarşılığında maliyyə vədlərinə əməl etmədikləri nəticəsində kolleksionerin pul problemi ilə üzləşərək həbs edildiyini açıqlamışdı.

Heç kim bu əsərlərin dəyərini bilmir, çünki tarix haqqında məlumatları yoxdur və dəyər vermirlər.


Adətən sənətçi qardaşı Yaqubla birlikdə işləyən Rza Sarabi Əqdəm ‘Tabrize Man’ saytında müsahibədə indi bu qiymətli mirasa baxmayaraq, heç bir maddi imkanının olmadığını qeyd edib.

Sarabi Əqdəm tarixi əşya və sənədləri toplamaq üçün maddi imkanlarını xərcləyib və ömrünü bu yolda sərf edib ancaq indi o, maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir.

Tomas Edisonun əl işığı lampası, Yaxın Şərqdə bərabəri olmayan fənər kolleksiyası, Teymurilər dövrünə aid Quran kitabı, Türkmənçay müqaviləsindən sonra Qacar və çar sərhədlərinin xəritəsi, Nasist dövrünə aid Almaniya səfirliyindən alınan əşyalar və müxtəlif tarixi dövrlərin silahları kimi əsərlər təbrizli tarix maraqlısı kültür xadiminin kolleksiyasını təşkil edir.

Sarabi Əqdəm - Tabrize Man Foto

Təbriz Peşə Muzeyi haqqında kolleksiyaçı bu muzeyin öz şəxsi kolleksiya avadanlıqları ilə qurulduğunu və təchiz olunduğunu deyir. Lakin bələdiyyənin laqeydliyi səbəbindən nə muzeyin idarə etmə vəzifəsi ona verilir nə də müqaviləyə görə əsərlərin pulu ödənilib.

Kolleksioner əlavə edib ki, mali probleminin həll etmək üçün Peşə Muzeyi müqaviləsindən bələdiyyədən alacağı pul çox önəmli idi ancaq məsul şəxslərin verdiyi vədləri yerinə yetirməməsi onu problemlə üzləşdirib.

Niyə Təbriz bələiyyəsinin kültür büdcəsi Təbrizin tarixi mirasını qorumaq üçün xərclənmir?


"Ancaq yoruldum. Heç kim bu əsərlərin dəyərini bilmir, çünki tarix haqqında məlumatları yoxdur və dəyər vermirlər. Bu əsərlər və əşyalar öz layiqli yerinə qoyulduğu təqdirdə Təbrizə və ölkəyə nə qədər böyük sərvət gətirə biləcəyini bilmirlər. Bu gedişat davam edərsə, bəlkə mühacirət edərəm," Təbrizli kolleksiyaçı ifadə edib.

"Niyə Təbrizin bələiyyəsinin kültür büdcəsi Təbrizin tarixi mirasını qorumaq üçün xərclənmir? Ancaq qətiyyən tarix hər şeyi qeyd edir və vəzifəli şəxslər ayıq vicdanlar qarşısında cavabdeh olmalıdır."