Ankaranın Qazi Universitetində türk xalq mədəniyyəti bölümündə ali təhsil alan sənətçi Türnaz Altınsoy Urmiyə mətbəxi ilə bağlı araşdırma aparır.
Your browser doesn’t support HTML5
Rəsm, musiqi və folklor sahəsində fəaliyyət edən sənətçi Amerikanın Səsinə müsahibədə mühacirətin sənət çalışmalarına müsbət təsir göstərdiyini ifadə edir.
Gazi Universitetində dissertasiya olaraq Urmiyə mətbəxi üzərində çalışıram. Mətbəximiz genişdir. Elə ki, dissertasiyanın sadəcə qaralaması 10 səhifə olub.
“Əslində mən mühacirətin müsbət təsir göstərdiyini düşünürəm... Xüsusilə ki, İranda da siyasi və ictimai baxımdan sənət fəaliyyətlərində çox sıxıntılar olur. Hələ qadın olunca bu sıxıntı qat-qat artır,” Türnaz Altınsoy söyləyir.
O, İranda türk kimliyi ilə mədəni fəaliyyət göstərməyin çətin olduğunu önə çəkir:
“İranda biz kimliyimizi rahatca tanıtdıra bilmirik. Hər nə qədər bunu vurğulasaq ki, biz sadəcə mədəniyyət sahəsində çalışırıq, bir nöqtədə fərqli sıxıntılar qarşımıza çıxır. Türkiyəyə mühacirətdə ən böyük şansım bu oldu ki, burada türk kimliyi ilə daha çox şey qazanmaq olur. Çünki bizi türk dünyasının bir parçası olaraq görürlər. Öz kimliyimizi daha çox özünəinam hissi ilə tanıtdıra bilirik.”
Urmiyə mətbəxi Türnaz Altınsoyun üzərində çalışdığı dissertasiyanın mövzsudur.
“Qazi Universitetində yüksək lisans oxuyuram. Güney Azərbaycan, Urmiyə mətbəxi üzərində araşdırma edirəm. Dissertasiya mərhələsindəyəm... Bizim mətbəximiz və ümumiyyətlə folklorumuz daha çox şifahi şəkildə anladılır. Buna görə, yox olma təhlükəsi ilə də üzləşir... Mətbəximiz genişdir. Elə ki, Urmiyə mətbəxi ilə bağlı dissertasiyanın sadəcə qaralaması 10 səhifə oldu,” deyə o, bəyan edir.
İranda da siyasi və ictimai baxımdan sənət fəaliyyətlərində çox sıxıntılar olur. Hələ qadın olunca bu sıxıntı qat-qat artır.
Yeniyetmə yaşlarından rəssamlıq sənətinə maraq göstərən Altınsoyun şəkillərini çəkdiyi “Əvvəl zamana sən masala” adlı şəkilli nağıl kitabı bu yaxınlarda Türkiyədə nəşr olunub.
O, həmçinin deyir ki, “indi isə əlimdə Urmiyə heyvan nağılları üzərində bir çalışmam var. Onu da yaxında çəkdiyim şəkkillərlə çıxarmağa çalışacağam.”
Türnaz Altınsoy eləcə də müğənni olan həyat yoldaşı Ramin Marağalı ilə birgə musiqi fəaliyyətinə davam edir.
Onlar son bir neçə ildə Türkiyədə keçirilən bir çox musiqi və mədəniyyət festivalında İran Azərbaycanını təmsil edərək mahnılar ifa ediblər.