Türkiyənin Mərkəzi Seçki Komissiyası səslər sayıldıqca ilkin nəticələri canlı elan etməyə başlayıb.
Prezident seçkilərində iqtidar namizədi Recep Tayyip Ərdoğanın 58,1, CHP lideri Muharrem İncenin 27, 5 səs topladığı deyilir. Sonrakı yerlər: Meral Akşener - 7,6, Selahattin Demirtaş - 5,8.
Parlament seçkilərində hakim AK Partinin 52, 73, CHP-nin 19,1, HDP-nin 11,51, MHP-nin 9,23, İYİ Partinin 4,81 faiz səs topladığı bildirilir.
Bu, səslərin 13,2 faizinin hesablanmasından sonrakı rəsmi nəticədir.
Muharrem İnce öz Facebook hesabında ilkin rəsmi nəticələrə etirazını bildirib, CHP-nin öz hesablamalarının nəticələrini açıqlayacağını yazıb.