Türkiyədə Gülən şəbəkəsi ilə əlaqələrdə şübhəli bilinən təxminən 200 nəfər saxlanıb

Türkiyədə ABŞ-da yaşayan müsəlman din xadimi Fətullah Gülən şəbəkəsi ilə əlaqələri olduğu şübhəsi ilə təxminən 192 nəfər saxlanıb. Bu haqda məlumatı çərəşənbə axşamı günü “Hurriyet” qəzeti verib.

Türkiyə Fətullah Güləni 2016-cı il iyul ayında dövlət çevrilişinə cəhddə ittiham edir. Gülən bu ittihamları rədd edir.

Çevriliş cəhdindən sonra Gülən tərəfdarlarını hədəf alan polis əməliyyatları keçiriir. Rəsmilər keçən həftə İstanbul və Adanada 100-dən artıq şübhəli şəxsi saxlayıb.

Ankara baş prokurorluq ofisindən bildirildiyinə görə, 3 leytenant və 47 serjant daxil olmaqla 50 hərbi şübhəlinin həbsinə göstəriş verilib. 55 nəfərin isə ByLock mesajlaşma əlavəsindən istifadə etmkədə ittiham olunduğu bildirilir.

Türkiyə Gülən tərəfdarlarının 2016-cı 15 iyul gecəsi bu əlavə vasitəsilə kommunikasiya qurduğu bildirərək çevriliş cəhdindən sonra ByLock-u qadağan edib. Çevriliş cəhdi zamanı 250 nəfər həyatını itirib.

Fətullah Gülən

Bir zamanlar Türkiyə prezidenti Rəcb Tayyib Ərdoğanın müttəfiqi olmuş Fətullah Güləni 1999-cu ildən Birləşmiş Ştatlarda yaşayır. O, ittihamları rədd edərək, çevriliş cəhdini pisləyib.

Konya vilayətinin baş prokurorluğu hərbi personal və onların Gülən şəbəkəsi ilə əlaqə yaratdığı şəxslər də daxil olmaqla 50 nəfərin saxlanması barədə qərar çıxarıb.

Baş prokurorluqdan verilən məlumata əsasən, Muğla və Kocaeli vilayətlərində 15 və 22 hərbçi saxlanıb.

Dövlət çevrilişinə cəhddən sonra saxlanmış 77 mindən çox adam məhkəməsini gözləyir, digər 150 min dövlət qulluqçusu, hərbçi və digər şəxslər isə işdən çıxarılıb.