Türkiyədə bələdiyyə seçkiləri: Ərdoğan böyük şəhərlərdə məğlub ola bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Bayrampaşa məhəlləsində tərəfdarlarına qara çay atır. 30 mart 2019.

Türkiyədə bələdiyyə seçkiləri keçirilir. Prezident Rəcəb Tayyib Ərdoğan bu seçkiləri ölkə üçün ayaqda qalmaq məsələsəi adlandırıb.

16 ildir güclü iqtisadi inkişaf səbəbilə hakimiyyətdə olan Ərdoğan Türkiyənin müasir tarixindəki ən populyar, eyni zamanda isə ən çox ziddiyət yaradan prezidentidir.

Sorğu nəticələri göstərir ki, onun hakim AK partiyası (AKP) paytaxt Ankara və hətta ölkənin ən böyük şəhəri İstanbulda nəzarəti itirə və bu, Ərdoğana böyük zərbə ola bilər.

Ötən il liranın dəyərinin 30 faizi itirməsi ilə baş verən valyuta böhranından sonra bəzi seçicilər Ərdoğanı cəzalandırmaq qərarına gəlib.

“Əslində mən bu gün səs verməyəcəkdim, amma AKP-nin aqibətinin tam bəlli olmadığını görüncə, indi onlara zərbə vurmaq vaxtının olduğuna qərar verdim. Heç kəs xpşbəxt deyil. Hami mücadilə aparır” – deyə, 47 yaşlı Hakan Ankarada səs verəndən sonra söyləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində AKP və MHP-dən olan tərəfdarları ilə görüşür. 17 mart 2019.

57 milyon seçici

Seçki Türkiyənin şərqində səhər saat 7-də, ölkənin digər hissələrində isə bir saat gec başlayıb. Seçki mənqələri müvafiq olaraq axşam saat 4 və 5-də bağlanacaq.

57 milyondan bir az çox insan seçkidə iştirak etmək haqqına sahibdir. Kimlərin qalib gəldiyi böyük ehtimalla gecə yarısı artıq bəlli olacaq.

BU həftə rəsmilər liranın dəyər itirməməsinin qarşısını almağa çalışdığı bir vaxt Ərdoğan ölkənin iqtisadi problemlərinin Qərbin hücumlarının nəticəsi olduğunu söyləyib və deyib ki, Türkiyə bazar günü keçirilən seçkidən sonra problemlərini həll edəcək. O həmçinin iqtisadiyyatın “boss”u olduğunu deyib.

“Seçkidən əvvəl ölkəmizə qarşı artan hücumların məqsədi böyük, güclü Türkiyənin qarşısını almaqdır” – deyə, Ərdoğan şənbə günü İstanbulda keçirdiyi altı mitinqdən birində bildirib.

Ərdoğanın hesablaşması

Ankara və ya İstanbulda məğlubiyyət Ərdoğanın AKP partiyası və onun sələflərinin bu şəhərlər üzərindəki 25 illik nəzarətə son qoya və Türkiyə liderinə simvolik zərbə vura bilər.

Səsvermədən öncə müxalif Ceumhuriyyət Xalq Partiyası (CHP) və İyi (Yaxşı) Partiya AKP və millətçi MHP tərəfdaşına qarşı seçki ittifaqı qurub.

Kürd tərəfdarı müxalif Xalqların Demokratik Partiyası rəsmi olaraq ittifaq qurmayıb və nə İstanbul nə Ankarada namizəd irəli sürməyib. Bunun isə CHP-nin xeyrinə olacağı gözlənilir. Ərdoğanın HDP-ni kürd militantlarla əlaqəsi olmaqda ittiham edir.

HDP isə qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası ilə əlaqəsi olduğunu inkar edir. Hökümət iki il əvvəl 100-ə yaxın bələdiyyənin nəzarətini kürd tərəfdarı partiyasının əlindən alıb və cənub-şərqdə yerləşən əsas şəhərlərdən biri Diyarbakırda bəzi seçiçilər bunun nəticəsində oradakı xidmətlərin yaxşılaşdığını bildirib.

“Daha öncə şəhərdə indi gördüyümüz xidmətlər yox idi. Mən bu xidmətlərin davam etməsi üçün AKP-yə səs verdim” – deyə, 43 yaşlı sahibkar Hacı Əhməd Bəyaz bildirib.

Cumhuriyyət Xalq Partiyasının İstanbul merliyinə namizədi Ekrem İmamoğlu İstanbulda miting zamanı çıkış edir. 29 mart 2019.

100 mitinq

Seçkidən öncəki günlərdə Ərdoğan ölkə boyu 100-ə yaxın mitinq keçirib, təkcə son iki gün ərzində İstanbulun müxtəlif 14 hissəsində çıxışlar edib və kampaniyası boyu Ankarada da dörddən çox mitinq keçirib.

O, seçkiləri Türkiyə üçün həyatqa qalmaq seçimi adlandırıb və rəqiiblərini ölkəni dağıtmağa çalışan terrorçu tərəfdarları olmaqda ittiham edib. O həmçinin xəbərdarlıq edib ki, əgər müxalifət Ankarada qalib gəlsə, sakinlər bunun “bədəlini ödəyəcək”.

Rəqibləri ittihamları rədd edib və ölkəni bu vəziyyətə Ərdoğanın gətirdiyini söyləyib.

“Nə həyatda qalmaq məsələsi? Biz mer seçirik. Bunun ölkənin ayaqda qalması ilə nə əlaqəsi var” - deyə, CHP-nin sədri Kemal Kılıçdaroğlu Eskişehirdə keçirilən mitinq zamanı bildirib. “Əgər Türkiyənin ayaqda qalmaq problemi varsa, bu, sənə görədir”, o əlavə edib.