Ərdoğan əsgərlərinə xəsarət dəydiyi təqdirdə, Suriya qüvvələrini vuracağını deyir

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan çərşənbə günü Əsəd hökumətinin İdlib vilayətində nəzarəti ələ almağa çalışarkən Türkiyənin bir əsgərinin belə xəsarət alacağı təqdirdə Suriyanın hər hansı bir yerində Rusiya tərəfindən dəstəklənən Suriya qüvvələrini havadan, ya da qurudan vuracağını deyib.

Ərdoğan Suriyanın hökumət qüvvələrini bu ayın sonuna qədər Türkiyənin
İdlibdəki müşahidə postlarından uzaqlaşdırmağa qərar verdiyini deyib və Suriyanın müttəfiq üsyançılarını hökumət qüvvələrinin hücum etməsi üçün bəhanə verməməyə çağırıb.

Suriyanın şimal-qərbində və Türkiyə ilə həmsərhəd İdlibdə son həftələr Rusiya və İranın dəstəklədiyi hökumət qüvvələri Suriyanın doqquzillik müharibəsində üsyançıların son istehkamını geri almaq üçün apardıqları kampaniya zamanı zorakılıqlar artıb.

Suriya prezidenti Bəşar Əsəd əleyhinə olan üsyançı qruplarla müttəfiq olan Türkiyə son 10 gündə İdlibdə 13 türk əsgərinin öldürüldüyündən sonra əks hücumlara keçib.

“Müşahidə postları və ya digər yerlərdə əsgərlərimizə cüzi xəsarət dəymiş olsa, buradan bəyan edirəm ki, Siçi razılığına baxmayaraq, rejim qüvvələrinə zərbələr endiriləcək” - deyə, Ərdoğan 2018-ci il atə.kəs razılığına istinad edib.

Türkiyə İdlibdə Rusiya və İranla eskalasiya zonası adlandırılan razılaşma çərçivəsində 12 müşahidə postu qurub.