Yunanıstan və Türkiyənin xarici işlər nazirləri danışıqlara hazır olduqlarını deyir

Yunanıstan və Türkiyə Aralıq dənizinin mübahisəli enerji ilə zəngin hissəsindəki iddialarını müzakirə etmək üçün danışıqlara hazır olduqlarını bildirsə də, hər iki ölkənin xarici işlər nazirləri çərşənbə axşamı dialoqa gərginliyin yüksək həddə olduğu bir vaxt çağırıb.

Almaniyanın xarici işlər naziri Heiko Maas ilə Ankarada görüşdükdən sonra Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu deyib ki, Yunanıstan "maksimalist tələblər"indən vaz keçməlidir.

"Biz qabaqcadan şərtlər qoyulmadan danışıqlara hazırıq. Lakin tərəflərdən biri əvvəlcədən şərtlər qoymağa başlayarsa, biz də ortaya çox şey qoyacağıq" - deyə, Çavuşoğlu bildirib.

Maas Afinada Yunanıstanın xarici işlər naziri Nikos Dendiasla da görüşüb. Dendias Yunanıstanın da Türkiyə ilə danışıqlar aparmaq istədiyini deyib, lakin "təhdid altında" olacağı təqdirdə danışıqlara getməyəcəyini bildirib. O, Yunanıstanın öz haqlarını müdafiə etməyə hazır olduğunu və Türkiyə ilə mübahisənin bütün Avropa Birliyinin təhlükəsizliyi məsələsi olduğunu deyib.

Maas deyib ki, Yunanıstanla Türkiyə arasında hərbi qarşıdurma "ağılsızlıq" olardı.

"Vəziyyət çox risklidir, çünki sonda kim uçuruma yaxınlaşsa, o bir anda yıxıla bilər. Və biz bunun qarşısını almağa çalışırıq", Maas Ankarada səfəri zamanı deyib.

Həm Türkiyə, həm də Yunanıstan Aralıq dənizinin şərqində hərbi təlimlər keçirəcəklərini bildirir.

Avropa İttifaqının hazırkı prezidenti olan Almaniya birliyin üzvü Yunanıstan və quruma üzv olmaq istəyən Türkiyə arasında danışıqlara vasitəçilik etməyə çalışır.