Dekabrın 15-də Türkiyə ilə Azərbaycan yeni təbii qaz boru kəmərinin qurulması barədə Anlaşma Memorandumu imzlayacaq.
Azərbaycan Energetika Nazirliyininin məlumatında deyilir ki, məsələ iki ölkənin dövlət başçıları tərəfindən bu ilin fevral ayında baş tutan görüşdə qaldırılıb.
“Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyədən təbii qazın tədarükünə dair Anlaşma Memorandumu” bu gün Türkiyədə imzalanacaq və artıq Azərbaycanın energetika naziri Pərviz Şahbazov Türkiyədə səfərdədir.
Nazirlik bildirir ki, 2005-ci ildən Azərbaycan Naxçıvana təbii qazın verilməsini svop əməliyyatları ilə İran vasitəsilə həyata keçirir.
“Bu müqavilə 2025-ci ilə qədər qüvvədədir. Bu müqavilə əsasında svop əməliyyatları davam etdirilir. Eyni zamanda Naxçıvanın qaz təchizatının daha da dayanıqlı olması və Muxtar Respublikaya qazın ötürülməsinin şaxələndirilməsi məqsədilə Türkiyədən də qaz nəqli həyata keçiriləcək”.
Həmçinin bildirilib ki, Azərbaycan üçün artıq daha yeni fürsət yaranıb.
“Cənubi Qafqaz Qaz Boru Kəmərinin ötürücülük gücü genişləndirilib. Bu qaz boru xətti vasitəsilə Azərbaycan təbii qazı Türkiyəyə ötürülür. Türkiyə tərəfi isə bu qazı Naxçıvanla sərhəddə yerləşən İğdır, oradan isə Muxtar Respublikaya ötürəcək”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində bildirib ki, memorandum imzalandıqdan sonra kəmərin çəklişi ilə bağlı kommersiya sazişi imzalanacaq.
Your browser doesn’t support HTML5
“Memorandun İqdırdan Naxçıvana 30 kilometr uzunluğunda, buraxılş gücü 400 milyon kubmetr olan qaz boru kəmərinin çəkilişini nəzərdə tutur.”
Ekspert bildirib ki, ötən əsrdə Naxçıvanın qaz təminatı Ermənistan üzərindən keçən qaz boru kəmərləri vasitəsi ilə təmin edilib.
“Naxçıvanın qaz təminatı ötən əsrin 60-cı illərindən Ermənistan üzərindən keçən, Hacıqabul-Qazax-Ermənistan ərazisisi-Naşxçıvan marşrutu ilə təmin edilib. Sonra, bunun dayanıqlığını artırmaq üçün 1978-ci ildə yeni bir layihə icra olunub. Beləliklə, 1980-ci illərin əvvəlində Naxçıvanın qaz təminatı Ağdam-Xankəndi-Laçın-Gorus (Ermənistan)-Şahbuz (Naxçıvan) marşrutu ilə həyata keçirilib. Bu kəmər 1992-ci ilədək işlək olub. Hazırda həmin kəmərlər mövcud deyil. Kəmərlərin şərq hissəsi tamamilə dağıdılıb. Digər hissəsi ilə Ermənistan vasitəsi ilə geriyə marşrutla Dağlıq Qarabağı qazla təmin edirlər,” Neft Araşdırmaları Mərkəzinin rəhbəri Amerikanın Səsinə deyib.
Layihəni Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BOTAŞ həyata keçirəcək.