Türkiyədə uçqun səbəbi ilə ölənlərin sayı artır

Türkiyənin xəbər agentlikləri ölkənin şərqində baş verın iki qar uçqunu onlarla insanın ölümünə və azı iki nəfərin itkin düşməsinə səbəb olub.

Özəl DHA xəbər agentliyi cümə aşamı bir cəsədin də aşkar edildiyini və bununla ölənlərin sayının 39-a çatdığını bildirib.

Rəsmi Anadolu xəbər agentliyinin məlumatına görə, cümə axşamı ölkənin şərqindəki Van vilayətində itlərin köməkliyi ilə xilasedicilər itkin düşənlərin axtarışını davam etdirib.

Çərşənbə axşamı baş verən uçqun nəticəsində 5 nəfər ölmüş, iki nəfər itkin düşmüşdü. Təxminən 300 təcili yardım işçisi İranla həmsərhəd Van vilayətinin dağ bölgəsindəki Baxçasaray şəhəri yaxınlığındakı magistral yolda baş verən hadisə yerinə göndırilib. Çərşənbə günü günorta saatlarında ikinci bir uçqun baş verib.

Səhiyyə naziri Fəxrəddin Koca cümə axşamı 47 nəfərin xəstəxanaya çatdırıldığını, onlardan 6-nın reanimasiya şöbəsinə yerləşdirildiyini, lakin onların vəziyyətlərinin kritik olmadığını deyib.