Türkiyə hökumətinin sosial media ilə bağlı planlaşdırdığı qanunu narahatlıq doğurur

Sosial media nizamnamələrinin Türkiyə milli məclisinin oktyabr ayında keçiriləcək toplantısının gündəmində olacağı gözlənilir.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) internetdə yalan xəbərlər və dezinformasiyaları əhatə edən qanun layihəsi hazırlayır.

Təklifin təfərrüatları ictimaiyyətə açıqlanmayıb. Lakin yerli mətbuatda adı çəkilməyən rəsmilər layihədə "dezinformasiya" və "yalnış informasiya"nın cinayət hesab edilməsini təklif edildiyini və sosial mediada yalan xəbərlər yaydığı üçün 5 ilə qədər həbs cəzası nəzərdə tutulduğunu bildiriblər.

Layihədə eyni zamanda, Ali Şuradan media tənzimləyicisi Radio və Televiziyaya (RTÜK) bənzər bir qurumun yaradılması təklif olunur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan internetdə yalan xəbər və dezinformasiya təhlükəsinə qarşı çıxış edib. Ədalət və İnkişaf Partiyasının sədr müavini Mahir Ünal iyulun ortalarında partiyanın qanuni tədbirlərə baxdığını bildirib və "dezinformasiya ilə mübarizə terrorla mübarizə qədər vacibdir" deyib.

Jurnalistlər və media qrupları təkliflə bağlı narahatrlıq bildirərək, rəsmiləri planları ictimailəşdirməyə çağırıb və həmin qaydalardan tənqidi mövzulu materialların təqibi üçün istifadə oluna biləcəyi barədə xəbərdarlıq edib. Digərləri isə artıq sosial media istifadəçilərinə qarşı açılmış çoxlu sayda iddiaları əsas gətirir.

"Hökumətin qəribə bir vərdişi var" - deyən Turqay Olcayto, kimisə tənqid edən hər kəsə "düşmən" kimi baxıldığını bildirib.

Türk Jurnalistlər Cəmiyyətinin Prezidenti bazar ertəsi keçirdiyi mətbuat konfransında digər dörd media birliyi və hüquq qrupları ilə birlikdə təklif olunan qanuna qarşı çıxmaq qərarına gəlib.

Təklif olunan qanun Türkiyənin sosial media platformalarında saytlardakı sorğuları idarə etmək, pozulmaları üçün sorğulara son möhlət vermək üçün Türkiyə nümayəndəsinin olması kimi sosial media platformalarına dair qanunu həyata keçirmsindən bir il sonraya təsadüf edir.