Türkiyə hökuməti sosial mediaya nəzarəti genişləndirməyə çalışır

Your browser doesn’t support HTML5

Türkiyə hökuməti sosial mediaya nəzarəti genişləndirməyə çalışır

Qlobal media nəhənglərinin Türkiyə hökumətinin Türkiyədə ofis açmaları ilə bağlı tələblərinə riayət etməyə qərar verməsi media azadlıqları ilə bağlı narahatlıqlara səbəb olub. Mətbuat azadlığı müdafiəçiləri deyirlər ki, şirkətlər artıq Türkiyə qanunlarına tabe olacaq və bu, Türkiyə xalqının bundan sonra fikirlərini sərbəst şəkildə ifadə etmək üçün platformalarının olmayacağı deməkdir.

Dokuz8Haber xəbər portalının İstanbul ofisində son xəbərlər həm peşəkar, həm də vətəndaş jurnalistlər tərəfindən hazırlanır. Bu xəbər saytı Türkiyədə müstəqil jurnalistika üçün əsas platforma halına gələn sosial mediaya arxalanır. Dokuz8Haber-in baş redaktoru Gökhan Biçici: "Türkiyədə bütün media qurumlarının doxsan faizi dövlətin, hökumətin nəzarətindədir. Artıq Türkiyədə meynstrim yoxdur. Bu, hökumətin cəmiyyətin əleyhinə bir aparatıdır. Ona görə də, insanlar etibarlı xəbərləri yalnız sosial media vasitəsi izləyə bilir."

Parisdə qərargahlanan Sərhədsiz Reportyorlar Təşkilatı bu ay Türkiyəni media azadlığı baxımından 153 sırada qərarlaşdırıb. Buna baxmayaraq, Türkiyə sosial media platformalarına Türkiyədə ofis açmaları üçün təzyiq göstərərək İnternet üzərindəki nəzarətini genişləndirmək istəyir.

Bu, şirkətlərin ölkədəki fəaliyyətlərinin Türkiyənin yurisdiksiyasına tabe olacağı deməkdir. Ankara isə tətbiq etdiyi nəzarətləri digər Avropa ölkələrinin nəzarətinə bənzədir.

Fəallar bu qanunvericiliyin Avropa qanunvericiliyi ilə bəzi oxşarlıqlarının olduğunu görsələr də, Türkiyənin məhdudiyyətləri necə tətbiq edəcəyini sual edir. İfadə Azadlığı Assosiasiyasından Yaman Akdeniz: "Hökümət xəbərdarlıqlara, maddi cəzalara və reklam qadağalarına əlavə olaraq, internetin sürətini məhdudlaşdırmasına qadağa tətbiq edəcəkdi. Hökumət Türkiyədə qanuni təmsilçiliyiə riayət etməyən sosial media platforması təminatçılarının serverlərini məhdudlaşıracaqdı."

Twitter, Google, Facebook, Tik-tok və başqa şirkətlər aprelin sonuna qədər tətbiq olunan son möhlət tarixinə qədər İstanbulda ofislərini açıb. Twitter Türkiyənin istifadəçiləri silmək üçün ən çox tələb göndərdiyi ölkə olduğunu, lakin bu vaxta qədər şirkət tələblərdən yalnız bir neçəsini yerinə yetirdini deyir.

Bununla yanaşı, Dokuz8haber kimi xəbər portalları sosial media platformalarının gələcəkdə Türkiyə rəsmilərindən daha çox asılı olacağından qorxur. Dokuz8Haber-in meneceri Gürkan Özturan: "Bu sosial media şirkətləri Türkiyənin təzyiqlərini artırması üçün bir vasitəyə çevrilsə, bu, bizim üçün daha da böyük bir problemə çevrilə bilər və bu, bizim hazırda yaşadığımız ən böyük narahatlıqdır."

Bir neçə sosial media platforması ifadə azadlığına sadiq qaldıqlarını bildirən açıqlamalar verib.

Bu arada isə Dokuz8Haber Türkiyədə gözlənilən erkən seçkilər ərəfəsində fəaliyyətini genişləndirir. O və digər xəbər portalları sosial media platformalarının azad və açıq qalacaqlarına ümid edir.