Türkiyə polisi Şənbə Anaları qrupunun nümayişini dağıdıb [Video]

Your browser doesn’t support HTML5

İstanbulda Şənbə Anaları adlı qrup Türkiyədə 1980-ci illərdə baş verən hərbi çevriliş və 1990-cı illrədə baş verən Kürd-Türkiyə münaqişəsi zamanı insanların yoxa çıxmasına və dövlət tərəfindən öldürülməsinə etiraz edib. Lakin hüquq-mühafizə orqanları şənbə günü keçirilən bu etiraz nümayişini dağıdıb.

Etiraz başlamadan öncə bitib. Polis təxminən son iyirmi ildir Şənbə Analarının yoxa çıxmış qohumlarının başlarına nə gəldiyini öyrənməyi tələb etmək üçün toplaşdığı meydanı zəbt edib.

Mən yoxa çıxan insanların ailələrinin bir çoxunun vəkili idim. Mən o dərdin nə olduğunu çox yaxşı bilirəm. Bu yasdır, başsağlığı olmadan tutulan bir yas. Qalıqlar tapılmadan yas bitməyəcək, insanların axtarışları davam edəcək. Bura belə bir meydandır. Buna dözümsüzlük qəbuledilməzzdir. Bu, vicdansızlıqldır
Sezgin Tanrıkulu

Polis meydana daxil olmağa çalışan hər kəsin qarşısını alıb və tədbirin terrorla əlaqəli olduğunu iddia edib.

Daha sonra anaların bəziləri və onları dəstəkləyən insanlar həbs olunub.

Digərlərinə isə gözyaşardıcı qaz sıxılıb.

Ankarada qərargahlanan İnsan Haqları Assosiasiyasının məlumatına görə, 1992-ci illə 1996-cı il arasında Türkiyənin kürdlərin çoxluq təşkil etdiyini regionunda 792 nəfər dövlət tərəfindən qaçırılıb vəya öldürülüb. Bir çox itkin düşmüş insan barədə isə xəbər yoxdur.

“Mənim həyat yoldaşım, Nihat Aydoğan Mardin kəndindəki evimizdən qaçırılıb. O, 24 ildir itkindir. Onlar onu evimizdən apardı. Buradakı bir çox insan da mənim kimidir. Mən tək deyiləm. Burada mənim kimi, itkin düşən ailə üzvləri üçün toplaşan minlərlə insan var” – deyə, Halime Aydoğan bildirib.

Hər həftə keçirilən etirazda iştirak edənlərin qohumları 1990-cı illərdə Türkiyə təhlükəsizlik qüvvələrinin kürd qiyamçılara qarşı insan haqları qruplarının “çirkin müharibə” adlandırdıqları təqiblər zamanı itkin düşüb.

Tayyup Cananın atası 22 il öncə təhlükəsizlik qüvvələri tərəfindən aparılıb və bir daha ondan xəbər alınmayıb.

“Bizim burada oturmağımızın məqsədi odur ki, başqa heç kəs yoxa çıxmasın. Mənim atam itkin düşübsə də, başqa heç kəsin atası, qardaşı, anası, sevgilisi və ya uşağı yoxa çıxmasın. Bu gün onlar bizə mane oldu, amma biz növbəti şənbə yenə burada olacağıq”, o deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan 2003-cü ildən 2014-cü ilədək baş nazir ikən Şənbə Analarının etirazını dəstəkləyirdi və onlara həqiqəti üzə çıxarmağa yardım edəcəyinə söz vermişdi.

Şənbə Anaları

Amma indi rəsmilərin Şənbə Analarına bir daha bir araya gəlməyə icazə verib-verməyəcəkləri məlum deyil.

“Mən yoxa çıxan insanların ailələrinin bir çoxunun vəkili idim. Mən o dərdin nə olduğunu çox yaxşı bilirəm. Bu yasdır, başsağlığı olmadan tutulan bir yas. Qalıqlar tapılmadan yas bitməyəcək, insanların axtarışları davam edəcək. Bura belə bir meydandır. Buna dözümsüzlük qəbuledilməzzdir. Bu, vicdansızlıqldır” – deyə, müxalif CHP partiyasının liderinin müavini Sezgin Tanrıkulu bildirib.

Belə görünür ki, 700 həftə davam edən etirazlardan sonra Şənbə Anaları sevdikləri insanların qalıqlarını tapmağa daha da uzaqlaşır.