Türkiyə bir milyon Suriya qaçqınını geri qaytarmağı planlaşdırır

Türkiyə Suriyanın şimalında həmin ölkədən gəlmiş 1 milyon qaçqını yerləşdirməyi planlaşdırır. Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu plan üçün lazımi beynəlxalq dəstək almasa, miqrantlar üçün Avropa marşrutunu yenidən aça bilər.

3.6 milyon suriyalı qaçqını qəbul edən Ankara Suriyanın şimalındakı ərazilərə nəzarət edir və artıq 350,000 suriyalıın geri döndüyünü söyləyir.

İndiyədək Ankara milyardlarla avro yardım qarşılığında Avropaya miqrant axınının qarşısını almağa razı olub.


ABŞ-la Suriyanın şimal-şərqində birgə "təhlükəsiz zolağı" qurmaqda olan Ərdoğan daha çox qaçqının köçürülə biləcəyini deyib.

Ankaradakı çıxışı zamanı Ərdoğan deyib ki, ölkəsi qaçqın problemi ilə mübarizədə kifayət qədər beynəlxalq dəstək almasa, miqrantlar üçün Avropaya marşrut açılması lazım gələ bilər.

Avropa Birliyi ilə Türkiyə arasında 2016-cı ilin martında imzalanmış razılaşmaya əsasən, Ankara milyardlarla avro yardım qarşılığında Avropaya miqrant axınının qarşısını almağa razı olub.

Recep Tayyip Erdogan

Bununla belə qonşu Yunanıstana gələn miqrantların sayı ötən ay artıb. Bir həftə əvvəl üç ildə ilk dəfə olaraq oraya 600 nəfəri daşıyan 10-dan çox miqrant qayığı gəlib.

Ərdoğan həmçinin Türkiyənin sentyabrın sonuna qədər ABŞ-la birlikdə Suriyanın şimal-şərqində "təhlükəsiz zona" yaratmağa qərarlı olduğunu, lakin lazım olarsa təkbaşına hərəkət etməyə hazır olduğunu bildirib.