İyirmi Azərbaycan vətəndaşı Almaniyadan deportasiya olunub

Azərbaycan və Avropa İttifaqı arasında icazəsiz yaşayan vətəndaşların readmissiyası haqqında saziş çərçivəsində dekabrın 15-də 20 nəfər Azərbaycan vətəndaşı Almaniyadan Azərbaycan geri qəbul edilib.

Bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında deyilir.

Məlumata görə, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

“Reinteqrasiya üzrə işçi qrupu geri qayıdan vətəndaşların üzləşə biləcəyi mümkün çətinliklərin aradan qaldırılması üçün tədbirlər görür”, məlumatda deyilir.

Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, 2014-cü ildə Azərbaycan və Aİ arasında readmissiya haqqında saziş imzalandıqdan sonra 2021-ci ilin sonlarına qədər 2013 vətəndaş Azərbaycana qaytarılıb. Onların 420 nəfəri keçən il readmissiya olunub.

Azərbaycanlı hüquq müdafiəçiləri ölkəyə deportasiya edilmiş müxalif fikirli bir sıra vətəndaşların sonradan həbs edildiyini əsas gətirərək Almaniya hökumətini dəfələrlə tənqid ediblər.