Twitter ABŞ-ın hökumət hesablarının izləyicilərinin avtomatik olaraq Bayden administrasiyasına köçürülməyəcəyini bildirib

Twitter sosial media şirkəti çərşənbə axşamı Tramp administrasiyasının rəsmi hesablarının milyonlarla izləyicisinin hakimiyyətə gələcək Bayden administrasiyasına avtomatik olaraq köçürməyəcəyini, əksinə istifadəçilərə həmin hesabları izləməyi davam etmək, ya da etməmək seçimi verəcəyini bildirib.

Bununla yanvar ayında prezident kimi hakimiyyətə gələn Co Baydenə köçürüləcək hökumətə aid @WhiteHouse və @POTUS kimi hesabların izləyiciləri nəzərdə tutulur.

Twitter-in qərarı prezident Donald Trampın 88 milyon izləyicisi olan və tez-tez istifadə etdiyi @realDonaldTrump şəxsi hesabına təsir etməyəcək.

Rəsmi hökumət hesabları mövcud izləyicilərin hesablarını avtomatik olaraq saxlamayacaq. "Bunun əvəzinə Twitter izləyiciləri məzmunun arxivləşdiriləcəyi haqda xəbərdar edəcək və onlara Bayden administrasiyasının yeni hesablarını izləmək etmək üçün seçim imkanı verəcək" - deyə, Twitter açıqlamasında bildirib.

"Məsələn, @WhiteHouse-u izləyiciləyən insanlara hesabın @ WhiteHouse45 olaraq arxivləşdirildiyi bildiriləcək və yeni @WhiteHouse hesabını izləmə seçimi veriləcək ", aıqlamada deyilir.

Twitter seçkilərin nəticələri yekunlaşdırıldıqdan bəri Trampın geniş şəkildə istifadə etdiyi platformaya keçid üzərində işləyir.

Trampın şəxsi hesabı qədər izlənməsə də, @POTUS-un təqribən 33 milyon, @WhiteHouse hesabının isə 26 milyon təqibçisi var.

Twitter bu addımın @VP, @FLOTUS, @PressSec, @Cabinet və @LaCasaBlanca kimi hesablara təsir edəcəyini deyib.