Türkmənistan Rusiyanı ölkənin beynəlxalq enerji sahəsində fəaliyyətlərinə müdaxilə etməkdə ittiham edib. Xarici işlər nazirliyi Rusiyanın Türkmənistandan Rusiyanı ötərək kəmər çəkilişi planının gələcəyi olmadığı ilə bağlı verdiyi açıqlamanı rədd edib. Rəsmi Aşqabat bildirir ki, Türkmənistan Rusiyanı ötərək, Mərkəzi Asiyadan Avropaya çəkiləcək layihə də daxil olmaqla, enerji layihələri üçün müstəqil şəkildə tərəfdaş seçə bilər. Bəyanatda həmçinin Türkmənistanın Avropa ilə enerji layihələri inkişaf etdirmək planları olduğu da bildirilir. Türkmənistandan çəkiləcək qaz kəməri Avropa ölkələrinin Rusiya qazından asılığının azalmasına gətirib çıxaracaq.