Türkmənistan "Şərq-Qərb" qaz kəmərinin inşasına başlayıb

Türkmənistan "Şərq-Qərb" qaz kəmərinin inşasına başlayıb

Prezident Qurbanqulu Berdımuxamedov paytaxt Aşqabatdan 400 kilometr cənubda yerləşən Şatluk qaz yatağında kəmərin açılış mərasimində iştirak edib

Türkmənistan təbii qazını Avropa bazarlarına çıxararaq, Avropa ölkələrinin Rusiyadan asılılığını azaldacaq qaz kəmərinin çəkilişinə başlayıb.

Prezident Qurbanqulu Berdımuxamedov paytaxt Aşqabatdan 400 kilometr cənubda yerləşən Şatluk qaz yatağında “Şərq-Qərb” kəmərinin açılış mərasimində iştirak edib.

Min kilometerlik qaz kəməri ölkə ərazisindən keçərək ildə 30 milyard kubmetr qazı Xəzər dənizinə nəql edəcək.

Prezident Bedımuxamedov deyib ki, 2 milyard dollara başa gələcək layihə Türkmənistanın iqtisadi və siyasi nüfuzunu artıraraq, eyni zamanda qlobal enerji təhlükəsizliyinə töhfə verəcək.

Qaz kəmərinin çəkilişi 2015-ci ilə qədər başa çatmalıdır.