Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən 21 kürd yaraqlısı öldürülüb

  • Amerikanın səsi

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən 21 kürd yaraqlısı öldürülüb

Türk rəsmilərinin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri tərəfindən 21 kürd yaraqlısı öldürülüb. Qarşıdurma Diyarbakır vilayətinin Göresi dağlıq bölgəsində baş verib.Türkiyənin hərbi qüvvələri quru və havadan PKK yaraqlıları olduğundan şübhələnilər yaraqlılara zərbə endirib. Türkiyə hökuməti muxtariyyət uğrunda mübarizə aparan Kürdüstan Fəhlə Partiyası ilə döyüşlər aparır. 1984-cü ildən davam edən mübarizədə 40 mindən artıq adam öldürülüb. Türkiyə, Avropa İttifaqı və ABŞ PKK-nı terrorist qrupu elan edib.