Türkiyədə PKK-nın növbəti hücumu - 2 əsgər həlak olub

Bu gün Türkiyənin şərqində Kürdüstan Fəhlə Partiyasının (PKK) həyata keçirdiyi intiharçı hücumu nəticəsində iki əsgər həlak olub, 24 nəfər isə yaralanıb.

Yerli bələdiyyə idarəsi bildirib ki, İranla sərhəd Ağrı vilayatində həyata keçirilən partlayışda iki ton partlayıcı maddə ilə dolu kənd təsərrüfatı maşınından istifadə edilib.

Ankaranın iki həftə əvvəl Türkiyə və İraqın şimalındakı kürdləri hədəf alan hava hücumlarına başlamasından sonra regionda zorakılıqların sayı artıb. İraqın kürd regionun prezidenti dünən bəyanat açıqlayaraq tərəfləri atəşkəsi bərpa etməyə çağırıb.

İraq Kürdüstanın lideri PKK-nı Türkiyənin hava hücumları zamanı mülki əhali arasında tələfata yol verməmək üçün İraqda kürdlərin ərazilərindən döyüşçülərini çıxmağa çağırıb.

"PKK Kürdüstanda mülki əhalinin döyüş və münaqişə qurbanına çevrilməməsi üçün Kürdüstan regionundan öz döyüşçülərini çıxarmalıdır"-deyə regionun prezidenti Məsud Barzani bəyanatında bildirib.

Bəyanatda İraqın şimal-qərb bölgəsində hava hücumları zamanı xəsarət və əmlaka zərər dəydiyi haqda verilən xəbərlərdən sonra Türkiyənin hava hücumları da qınanıb.

"Biz Kürdüstan regionunun vətəndaşlarının şəhid olması ilə nəticələnmiş bomba hücumunu pisləyirik və Türkiyəni vətəndaşları bombalamağı təkrar etməməyə çağırırıq"-deyə bəyanatda bildirilir.

Məsud Barzaninin Kürdüstan Demokratik Partiyası ilə PKK arasında tez-tez mübahisələr baş versə də, PKK üsyançılarının İraq ərazisində ucqar dağlıq bölgələrdə sığınacaq tapmasına imkan verilir.