Türkiyədə fövqəladə vəziyyət uzadıldı

Türkiyə parlamenti cümə axşamı 2016-cı ilin yayında baş vermiş çevriliş cəhdindən sonra elan olunan fövqəladə vəziyyətin uzadılmasına səs verib. Bu barədə türk mediası xəbər yayıb.

Türkiyənin dövlətə məxsus Anadolu xəbər agentliyi bildirir ki, altıncı uzadılma cümə günündən etibarən qüvvəyə minəcək. Türkiyə konstitutsiyasına əsasən fövqəladə vəziyyət maksimum 6 ay qüvvədə qala bilər.

Son uzadılma o deməkdir ki, Türkiyə il yarım fövqəladə vəziyyət şəraitində olacaq. Bu durum prezidentə və hökumətə parlamenti adlayaraq yeni qanunlar qəbul etmək, azadlıqları və hüquqları məhdudlaşdırmaq səlahiyyəti verir.

2016-cı ildə fövqəladə vəziyyət elan ediləndən bəri Türkiyədə 50,000 adam həbs olunmuş, 110,000-dən çox adam işdən qovulmuşdur.