Türkiyənin Naxçıvanla sərhədində 12 polis həlak olub

Türkiyənin İqdır vilayətində bu ölkənin Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu sərhəd keçid məntəqəsində xidmət yerinə gedən gömrük əməkdaşlarını mühafizə edən polis heyətinin olduğu avtomobil partladılıb. İlkin məlumatlara görə 12 polis həlak olub.

Bu barədə Anadolu agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, polis avtomobilinə basqın əyalətin Hasanaxan kəndindən keçiş zamanı daha öncədən yola basdırılmış minaların partlaması nəticəsində baş verib.

Ötən bir neçə gündə PKK döyüşçüləri ilə Türkiyə silahlı qüvvələri arasında toqquşmalar vüsət alıb.

Türkiyə baş naziri Əhməd Davudoğölu PKK militantlarına qarşı mübarizənin davam edəcəyini bəyan edib:

"Nəyin bahasına olursa olsun, dağlar terrorçulardan təmizlənməlidir," deyə o bildirib.

Təcili yardım personalı hadisə yerində olan çoxsaylı yaralılara tibbi yardım edir. Çoxsaylı vətəndaşlar donor olaraq qan vermək üçün İqdır Dövlət Xəstəxanasının qarşısına toplaşıb.

İyul ayında PKK ilə hökumət qüvvələri arasında döyüşlər bərpa olunandan bəri 200-dən çox adam, o cümlədən 100 əsgər və polis zabiti həlak olub.