Türkiyənin nümayəndə heyəti Birləşmiş Ştatlarla gərginliyi azaltmaq məqsədilə cümə axşamı Vaşinqtona səfər edəcək. Səfər haqdakı xəbərlər Türkiyə valyutasının məzənnəsinin sürətlə aşağı düşməsinin qarşısını alıb.
Analitiklər Birləşmiş Ştatlarla Türkiyə arasında gərginilyin Türkiyədə maliyyə böhranına səbəb olacağı barədə xəbərdarlıq edib. Türkiyə bazarlarındakı maliyyə və iqtisadi böhran nəzərə alınsa, Ankaranın Vaşinqtonla manevr etmə imkanı çox azdır.
Cümə axşamı nəzərdə tutulan görüş zamanı müzakirə ediləcək ən mühüm məsələ Türkiyənin nəzarət altında saxladığı Birləşmiş Ştatlar keşişi Endrü Bransonla bağlı olacaq.
Terrorçuluqda ittiham edilən Branson məhkəməyə qədər ev dustaqlığında saxlanır.
Birləşmiş Ştatlarla Türkiyə arasında gərginlik keçən həftə Bransonun həbsindən sonra prezident Donald Trampın Türkiyənin iki nazirini hədəf alan sanksiyalar tətbiq etməsindən sonra artıb.