Türkiyə Suriyada İŞİD-ə qarşı döyüşən üsyançılara dəstək olmaq üçün Kilis vilayətindən Suriyanın Əl-Ray kəndinə əlavə tanklar göndərib.
20-yə yaxın tank, 5 zirehli yük maşını, başqa zirehli maşınlar bu gün Türkiyə sərhədini keçərək Türkiyənin avqustun 24-də başlayan "Fərat Qalxanı" adlanan əməliyyatdan bəri ikinci dəfədir hərbi müdaxilə həyata keçirir.
Yayılan məlumatlara görə, o zamandan bəri Azad Suriya Ordusu döyüşçüləri Türkiyə sərhədi boyu Celabrus yaxınlığındakı kəndləri eləcə də, qərbdəki Çobanbəy qəsəbəsini ələ keçirib.
Türkiyənin dəstəylədiyi Azad Suriya Ordusu həmçinin ABŞ-ın dəstəklədiyi YPG Kürd Xalq Müdafiə qrupu ilə döyüşür.
Bununla yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib ki, Böyük İyirmilik üzvlərinin uzun müddət müzakirə edəcəyi məsələdir.
"Ötən il Türkiyədə keçirilən G-20 sammitindən bəri Ankaranın əsas prioriteti qaçqın böhranı və eks-terror olub" - deyə Ərdoğan Çin telekanalına müsahibəsində bildirib.
Ötən il Türkiyədə keçirilən G-20 sammitindən bəri Ankaranın əsas prioriteti qaçqın böhranı və eks-terror olub.Rəcəb Tayyip Ərdoğan
G-20 sammitinin keçirildiyi Çinin Hanqzu şəhərinə bu gün çatan Türkiyə prezidentini çinli həmkarl Şi Cinpinq qarşılayıb.
O, həmçinin bağlı qapılar arxasında BMT baş katibi Ban Ki-Munla da görüş keçirib.
Ərdoğanın səfəri ölkədə hərbi çevriliş cəhdindən sonra gərginləşən siyasi dövrə təsadüf edir.