Türkiyə Suriyada kürd qüvvələrinə qarşı yeni hücumlarla hədələyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İraq və Suriyada kürd militantlarına qarşı yeni hücumlar keçirə biləcəyini deyib. O, ABŞ-ın bu kimi qruplara dəstəyinə son qoyulmalı olduğunu israrla bildirib.

ABŞ hərbi qüvvələri Suriyanın bir neçə şəhəri və qəsəbəsi ilə cümə və şənbə günləri əsgəri qüvvə və zirehli texnika ilə keçib. Bunun hərbi qüvvələrin Türkiyə və Suriya kürdlərini bir-birinə hücum etmək fikrindən daşındırmaq məqsədilə güc nümayiş etdirməsi olduğu bildirilir.

Kürd rəsmiləri ABŞ hərbi qüvvələrinin manevrini onlarla Türkiyə arasında "bifer" rolu daşıdığını bildiriblər.

Suriyanın şimalında Amuda vilayətinin sakinlər ABŞ hərbi qüvvələrini salamlayır

ABŞ Suriya və İraqda İŞİD-ə qarşı mübarizə aparan kürd silahlı qruplarına havadan dəstək verir və başqa hərbi yardım göstərir. Suriyada ABŞ Kürd Xalq Müdafiə Birləşmələri, YPG-nin üstünlük təşkil etdiyi Suriya Demokratik Qüvvələri ilə işləyr. Bu qrupda təkcə kürdlər deyil, ərəb döyüşçülər də var.

Suriyanın şimalında çəkilmiş video görüntülərdə ABŞ hərbi qüvvələrinin YPG bayrağı qaldırmış kürd döyüşçüləri ilə patrul çəkdyi nümayiş etdirilir.

Türkiyə YPG-ni terrorçu qrup hesab edir və ona fəaliyyəti qadağan olmuş PKK-nin qolu kimi baxır. Keçən həftə Türkiyə silahlı qüvvələri YPG-yə qarşı hərbi hücümlar keçirib. Hücum nəticəsində 20 döyüşçünün və media fəalının öldürüldüyü bildirilir.

"Biz hücumları davam etdirmək məcburiyyətində qalacağıq. Biz bunu nə vaxt edəcəyimizin tarixini bildirməyəcəyik. Amma onlar bilməlidir ki, Türkiyə hərbi qüvvələri gələ bilər"-deyə Ərdoğan bildirib.

O bildirib ki, məsələni gələn ay ABŞ prezienti Donald Trampla görüşü zamanı müzakirə edəcək.