Türkiyənin texnologiya şirkətləri Silikon Vadisində [Video]

Your browser doesn’t support HTML5

Ötən il Türkiyədə baş verən çevriliş cəhdindən sonra yaranan qeyri-sabit vəziyyət texnologiya sahibkarlarının xaricdən sərmaye cəlb etmək imkanlarını azaldıb. Bəzi sahibkarlar bu yaxınlarda Birləşmiş Ştatlara gələrək, Etohum San Fransisko konfransında bir araya gəlib.

Türkiyədə baş verən çevriliş cəhdindən sonra texnologiya sahibkarları üçün vəziyyət çətinləşib.

“Biz sahibkarlarıq. Biz biznesləri təkmilləşdirmək və yeni bizneslər qurmaq istəyirik. Amma ötən il Türkiyədə çevriliş cəhdi baş verdi və indi ölkədə çətin günlər yaşanır. Biz isə onları geridə qoyub, öz yolumuzda irəliləmək istəyirik”, deyə türkiyəli sahibkar Mustafa Acet bildirir.

Mustafa Acet İstanbulda telefon applikasiyası düzəldir. Hazırda isə o, Etohum San Fransisko konfransında iştirak edir. O, Birləmiş Ştatlardakı texnologiya sistemləri ilə bağlı daha çox şey öyrənmək istəyir.

“Ötən il Türkiyəyə çox sərmaye qoyulmayıb. Pul qeyri-sabit ölkələrə, ekosistemə və iqtisidayiyyatlara investisiya olunmur, ona görə də, hazırda sahibkarların Türkiyə bazarına daxil olmağa cəsarət etmirlər”, Acet deyir.

Çevriliş cəhdindən sonra, Türkiyə höküməti prezident Rəcəb Tayyib Ərdoğana müxalif olan insanları təqib etməyə başlayıb. Bir çox nəfər işdən çıxarılıb, minlərlə insan isə həbs olunub.

Elif Ceylan Istanbul Texniki Universitetinin Gate proqramnının ABŞ koordinatorudur. O, Türkiyənin müvəffəqiyyət əldə etmiş startaplarını ABŞ-a gətirir.

“Bizim bura gətirdiyimiz şirkətlər Türkiyədə 5-10 milyon dollar gəliri olan şirkətlərdir. Onlar bura Türkiyə şirkətləri olaraq gəlir”.

Ceylan deyir ki, o, bu yaxınlarda Türkiyə paytaxtı Ankaradan İstanbula qədər keçirilən 400 kilometrlik yürüşdən ilham alıb.

“İnsanlar yenidən həyəcanlandı. Onlar düşündülər ki, bəlkə nələrsə dəyişə bilər. Ölkədə indi vəziyyət çətindir, amma məncə hər şey düzələcək”, Ceylan söyləyir.

Ölkədə çevriliş cəhdinin ildönümü qeyd olunduğu bir vaxt, bu sahibkarlar deyir ki, irəliləmək istedad və əmək tələb edir.

Mustafa Acet: “Mən Türkiyəyə inanıram. Türkiyə nəhəng iqtisadiyyata sahib olacaq, xüsusilə də bu cür sahibkarlara görə. İqtisadiyyat günü-gündən artacaq. Türkiyə qüdrətli ölkə olacaq. Mən buna inanıram”.