Türkiyədə seçki öncəci terror planlaşdırmaqda şübhəli bilinən 14 nəfər həbs edilib

Türkiyənin dövlətə məxsus Anadolu xəbər agentliyi bildirib ki, rəsmilər həftə sonu keçiriləcək seçkilər zamanı hücum hazırlanmaqda şübhəli bilinən 14 İslam Dövləti üzvünü həbs edib.

Agentliyin dediyinə görə, 14 xarici vətəndaş cümə günü səhər saatlatında Türkiyə paytaxtı Ankarada qrup üzvlərinin yaşadığı mənzillərə reydlər zamanı saxlanılıb.

Reyd zamanı müsadirə edilən əşyalar haqqında məlumat verilməyib.

Bazar günü Türkiyə vətəndaşları prezident və parlament seçkilərində səs verəcəklər.

İslam Dövləti son illərdə Türkiyədə bir neçə hücum həyata keçirib. Həmin hücumlara 2017-ci il yeni il gecəsi İstanbulun gecə klublarının birində 39 nəfərin qətliamı da daxildir.