Türkiyə Rusiyanı Suriyada etnik təmizləmə siyasəti aparmaqda ittiham edib

Türkiyənin Baş naziri Əhməd Davudoğlu BMT Təhlükəsizlik Şurasını və beynəlxal ictitmaiyyəti Türkiyəni öz sərhədlərini on minlərlə qaçqına açmağa çağırdığı halda Rusiyanın Hələbdə və Suriyanın şimalının başqa bölgələrində intensiv hava hücumlarının qarşısını ala bilmədiyinə görə tənqid edib.

Əhməd Davudoğlu deyib ki, Türkiyəyə çox sayda müharibə qaçqınını qəbul etmək üçün təzyiq göstərib, amma ruslara mülki əhalinin yaşadığı yerləri bombardman etməməsinin deyilməməsi riyakarlıqdır.

“Biz hamımız qaçqınları qəbul etməliyik, amma bu hücumlar Suriyada rejimi dəstəkləməyən insanları ölkədən çıxarmaq məqsədi daşıyır. Bu, bilərəkdən aparılan etnik təmizləmə siyasətidir"-Əhməd Davudoğlu

Haaqada hollandiyalı həmkarı ilə birgə mətbuat konfransında danışan Davudoğlu Suriya hökumətini və onun müttəfiqi olan Rusiyanı Hələb şəhərində və ətraf bölgələrdə prezident Bəşar Əl-Əsəd əleyhdarı olan minlərlə insanı ərazidən çıxmağa məcbur edərək, etnik təmizləmə siyasəti aparmaqda ittiham edib.

“Biz hamımız qaçqınları qəbul etməliyik, amma bu hücumlar Suriyada rejimi dəstəkləməyən insanları ölkədən çıxarmaq məqsədi daşıyır. Bu, bilərəkdən aparılan etnik təmizləmə siyasətidir”-deyə o bildirib.

Suriya hökuməti və Rusiyanın Hələbdə intensive hərbi əməliyyatları on minlərlə insanın Türkiyə sərhədinə üz tutması ilə nəticələnib. Davudoğlu deyib ki, Türkiyə öz sərhədini müharibə qurbanlarına bağlamayıb, lakin prioritet Suriyanın daxilində qaçqın düşərgəsində olan qaçqınlara yardımın göstərməkdən ibarətdir.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu və onun holland həmkarı Mark Rutte

Türkiyənin Baş naziri deyib ki, Rusiyanın hərbi təyyarələri Ankara hökumətinin Suriya ərazisində yaratdığı qaçqın düşərgələrini, habelə Türkiyə sərhədi ilə Hələb arasında humanitar dəhlizi dağıdıb.

“Biz suriyalıların Suriya daxilində düşərgələrdə qəbul olunmasını istəyirik. Buna görə də orada düşərgələr yaratmışıq, lakin onlar Rusiyanın bombardmanları nəticəsində dağılıb. Bu insanlar öz evlərindən qaçmağa məcbur olaraq Türkiyə sərhədinə üz tutur. Türkiyə sərhədi ilə Hələb arasında humanitar dəhliz var idi və bu dəhliz şər qüvvələr tərəfindən dağıdılıb”-deyə o bildirib.

BMT-nin Təhlükəsizlik Şurası Suriyada humanitar vəziyyəti müzakirə etmək üçün iclas keçirir.

Britaniya qərargahlanan və Suriya üsyançılarının müxtəlif qruplarından məlumatlar toplayan Suriyada İnsan Hüquqlarını Müşahidə qrupu çərşənbə günü bildlirib ki, Rusiyanın son günlər hava hücumları kampaniyası nəticəsində təxminən 500 insan həyatını itirib.