Çavuşoğlu Rohinca müsəlmanlarına yardım məqsədilə Banqladeşə səfər edir

Türkiyənin xarici işlər naziri Mğvlud Çavuşoğlu Rohinca müsəlmanlarına yardım məqsədilə Banqladeşdə danışıqlar aparmaq üçün paytaxt Dakkaya səfər edir.

Ankara Banqladeşə Myanmadan qaçan bütün Rohinca müsəlmanlarına sığınacaq verməsi üçün təzyiq göstərir. 112 mindən çox Rohinca müsəlman Myanmada üsyançılara qarşı hərbi əməliyyatlardan qaçaraq Banqladeşə pənah gətirib.

Mövlud Çavuşoğlunun həmçinin Rohinca müsəlmanlarının yerləşdirildiyi qaçqın düşərgələrini də ziyarət edəcəyi gözlənilir. Türkiyənin Banqladeş Myanmadan qaçan insanlara sığınacaq verməyi davam etdirsə, Dakkaya maliyyə yardımı ayıracağını vəd etdiyi bildirilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Myanmanı hərbi əməliyyatlara görə qınayıb.

“Orada soyqırım törədilir. Demokratiya pərdəsi altında bu soyqırıma göz yumanlar isə onu törədənlərlə əlbirdirlər”, Ərdoğan bildirib.

Türkiyənin baş nazirinin müavini Hakan Çavuşoğlu Ərdoğanın xanımı Əminə Ərdoğanın da Rohinca qaçqınlarının düşrgəsinin ziyarət etmək üçün Banqladeşə səfər edəcəyini elan edib.

Prezidentin sözçüsü İbahim Kalın Banqaladeşə v Rohinca müsəlmanlarının yaşadığı Raxine ştatına 1 min tondan artıq yardım göndərildiyini bildirib. Myanmaya yardım Ərdoğanın Myanmanın de-fakto lideri Aunq San Suu Çi ilə telefon söhbətindən sonra göndərilib.