Türkiyə müxalifəti dini təmayüllü seçiciləri cəlb edir

Your browser doesn’t support HTML5

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) iyunun 7-də keçiriləcək seçkilərdən öncə imic dəyişikliyi edir. CHP artıq bir neçə dəfə partiyanı dinin düşməni kimi qələmə verən hakim Ədalət və İnkişaf Partiyasına (AKP) məğlub olub. Türkiyənin qərbində yerləşən və CHP-nin dayağı sayılan İzmir şəhərinin ənənəvi dünyəviliyini qorumaqla yanaşı partiyaya yeni seçicilər cəlb etməyə çalışır.