Türkiyə məhkəməsi "terror təbliğatı" ilə əlaqədar olaraq kürd qəzetinin bağlanması haqda qərar verib.
Məhkəmə Özgür Gündəm qəzetini fəaliyyəti qadağan olmuş Kürdüstan Fəhlə Partiyası PKK-nın media orqanı olmaqda ittiham edib.
Bundan öncə dövlətə məxsus mediada polisin İstanbulda keçən ay dövlət çevrilişi cəhdi ilə əlaqədar olaraq 44 biznes şirkətində reydlər apardığı haqda məlumat verilib.
Anadolu xəbər agentliyinin verdiyi məlumata əsasən, Birləşmiş Ştatlarda yaşayan din xadimi Fətullah Gülənə maliyyə dəstəyi verməkdə ittiham edilən 120 şirkət rəhbərinin həbsinə dair qərar verilib.
Dövlət çevrilişi cəhdindən sonrakı həftələr ərzindəTürkiyədə 130 media qurumu bağlanıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökuməti Fətullah Gülənin 240 adamın ölümülə nəticələnmiş 15 iyul çevrilşinin arxasında durduğunu bildirir.
Türkiyənin hərbi , ədliyyə və təhsil sitemlərində rəsmilərin işdən çıxarılması da daxil olmaqla çevrilişdən sonrakı təqiblər zamanı rəsmilər tərəfindən 35 mindən çox şəxs saxlanılıb.
Polisin bazar ertəsi keçirdiyi reydlər zamanı 136 nəfərin saxlandığı bildirilir.
Birləşmiş Ştatlarda yaşayan Fətullah Gülən dövlət çevrilişi cəhdində əli olması ilə bağlı hər hansı iddianı rədd edir. Türkiyə ABŞ-dan Gülənin ekstradisiyasını tələb edir.