Türkiyənin koalisiya danışıqlarının baş tutmaması iqtisadi narahatlıqlara səbəb olub [Təhlil]

Türkiyə lirəsi rekord səviyyədə dəyər itirməyə davam edir. Bunun səbəbi iyun ayında parlament seçkilərində AKP-nin əsas müxalifət partiyası CHP qarşısında üstünlüyünü itirməsi səbəbindən aparılan koalisiya danışıqlarının baş tutmamasıdır.

Qlobal Mənbə Əməkdaşlığı şirkətindən Atilla Yeşilada deyir ki, beynəlxalq bazar ölkənin çətin vəziyyətə düşməsindən ehtiyatlanır.

Mən qorxuram ki, bu axırıncı zərər deyil. Bu o deməkdir ki, Türkiyənin 13 il davam edən siyasi stabilliyi sona çatıb və geridə çoxlu tör-töküntü buraxıb. Baxmayaraq ki, Türkiyənin ətrafı alovlarla bürünüb, siyasətçilər kompromisə gedə bilmirlər
Atilla Yeşilada

Atilla Yeşilada: "Mən qorxuram ki, bu axırıncı zərər deyil. Bu o deməkdir ki, Türkiyənin 13 il davam edən siyasi stabilliyi sona çatıb və geridə çoxlu tör-töküntü buraxıb. Baxmayaraq ki, Türkiyənin ətrafı alovlarla bürünüb, siyasətçilər kompromisə gedə bilmirlər".

İnvestorların narahatlığını da əlavə etsək təxminlər seçkilərin iyun seçkilərindən biraz fərqlənəcəyini deyir. Ankaranın kürd üsyançı qrupu PKK-ya və İslam Dövləti qrupuna qarşı mübarizəyə qoşulduğunu nəzərə alsaq, yeni seçkilər ən tez noyabr ayında keçirilə bilər.

Əgər AKP partiyası millətçi MHP partiyası ilə koalisiya qurmağa razılaşsa ikinci raund seçkilərə gedilmənin qarşısı hələ də alına bilər. Ancaq MHP lideri Dövlət Bahçeli əvvəlki danışıqları rədd etmişdi. İstanbul Süleyman Şah Universitetinin siyasi eksperti Cengiz Aktar xəbərdarlıq edir ki, növbəti seçkilər baş tutsa, ölkə daha da dərin iqtisadi böhrana girə bilər.

İqtisadiyyatda hazırda struktur islahatlarında əksiklik var və inTürkiyə aşağıya doğru hərəkət edir. İnkişaf norması zəifləyib. Beləliklə seçkilər də əlavə yük olacaq
Cengiz Aktar

Cengiz Aktar: "İqtisadiyyatda hazırda struktur islahatlarında əksiklik var və indi Türkiyə aşağıya doğru hərəkət edir. İnkişaf norması zəifləyib. Beləliklə seçkilər də əlavə yük olacaq."

İqtisadiyyatın ləngiməsinin səbəbi kimi AKP-nin iyun ayında keçirilən seçkilərdə əksəriyyəti itirməsi qeyd olunur. Təhlilçilər beynəlxalq investorların ümumilikdə inkişaf etməkdə olan bazarlara qarşı artan neqativ hisslərinin olduğunu iddia edir və bunun da Türkiyənin vəziyyətini daha da çətinləşdirəcəyini düşünür.